- Wikisun
Mustanq (at) - Əsasən ABŞ-ın qərb ştatlarında nəzarətsiz gəzən vəhşi atlardır. Onlar vəhşi atlar kimi təsvir edilsə də, əslində əhilləşdirilmiş (Equus ferus caballus) atdan törəyən vəhşi atlardır. 1900-cü illərdə onların sayı 2 milyona çatdığı təxmin edilirdi. 2008-ci ilin rəqəmlərinə görə, təxminən 33.000 mustanq atı var. Bu gün ABŞ-da bu atlar qorunub, mühafizə edilir. Xüsusiyyətləri Onlar təbiətdə tamamilə təbii seçmə yolu ilə doğulur və sağ qalırlar. Bu səbəblə onların çox güclü bir genetikası vardır. Onlar digər evcil növlərdən daha güclü sümük və vətərlərə malik atlardır. Onlar az yeməklə dolanırlar və hər cür iqlim şəraitinə tab gətirə bilirlər Tarix 1493-cü ildə Amerikanın kəşfindən sonra, ispanların Amerikaya apardıqları əhliləşdirilmiş atlardan qaçıb sonralar vəhşiləşən atlardır. İspanlar tərəfindən Yeni Dünyaya (Florida və Meksika) gətirilən atlar, ümumiyyətlə, Mərakeş mənşəli Berberi atı, Portuqaliya mənşəli Sorraia atı və İspan mənşəli Əndəlus atı kimi at cinslərinin qarışığı olan İber at cinsləri idi. Pueblo hinduları ispanların Amerikaya gətirdiyi atlarla tanış olan və onlardan necə istifadə etməyi öyrənən ilk yerlilər idi. Hindular atlarla tanış olmamışdan əvvəl daşıma işlərində itlərdən istifadə edirdilər.
https://en.wikipedia.org/wiki/Mustang
https://www.americasmustang.com/the-history
https://www.livescience.com/27686-mustangs.html
https://www.mustangheritagefoundation.org/learn
Tarix : 28 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.