• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
muspelheim

Muspelheim

Muspelheim - Skandinav mifologiyasına əsasən, alov nəhənglərinə aid, əsir tanrılar ilə Jötunlar arasında müharibənin baş verdiyi bir dünya. Bu dünya Skandinav mifologiyasında kainatı təşkil edən 9 dünyadan biridir və yunan mifologiyasındakı Tartarus ilə müqayisə edilir. Ümumi məlumat: Muspelheim, "İqqdrasil" adlı həyat ağacının daxilində mövcud olan və daim alovla dolu olan 9 dünyadan biridir. Burada yalnızca hökmdarları Surtr olan alov nəhəngləri Jötunlar yaşayır. Jötunlar (bəzən yötunlar və ya jotunlar kimi də tanınır) qədim dövrlərdə var olmuş və tanrılarla mübarizə aparan böyük nəhənglərdir. Skandinav mifologiyasına görə, Muspelheimin yaradılışı ilə bağlı müxtəlif versiyalar vardır. Bir çox mifə görə bir zamanlar Muspelheimin yerləşdiyi ərazi adi alovsuz bir yer imiş. Bir dəfə Muspelheim və Niflheim torpaqları toqquşur və nəticədə kosmos yaranır. Toqquşmadan sonra buz və alovlar yaranır. Alovlar Muspelheimi buzlar isə Niflheimi yaradır. Muspelheimin rolu Muspelheim, həm yaradılışın başlanğıcı, həm də qiyamət dövründə əhəmiyyətli rol oynayır. Əsir tanrıları ilə Jötunlar arasındakı qarşıdurma, xüsusilə Ragnarok zamanında olan müharibə (Skandinav mifologiyasındakı dünyaların sonu və böyük müharibə) Muspelheimdə baş verir. Bu döyüşdə alov nəhənglərinin tanrısı Surtr bütün alov nəhənglərini səfərbər edərək əsir tanrılarını məğlub edir. Muspelheimin xüsusiyyətləri Alovlar və istilik: Muspelheim, alovun və istiliyin hökm sürdüyü bir yer olaraq tanınır. Burada bütün varlıqlar alovların, istiliklərin və qorxunc bir atmosferin içində mövcud olur. Surtr və Jötunlar: Muspelheimdəki ən güclü varlıq Surtrdır. O çox zaman qiyamət dövrünün gedişatına nəzarət edəcək tanrı kimi xarekterize edilir. Muspelheimdə Surtr və onun rəhbərlik etdiyi Jötunlar, əsir tanrıları ilə döyüşürlər. Muspelheim və digər dünyalar Skandinav mifologiyasının əsasında çoxlu müxtəlif dünya anlayışları var. Muspelheim bu dünyaların bir hissəsidir və özünəməxsus xüsusiyyətləri ilə digərlərindən fərqlənir. Məsələn, Muspelheim, Asqard (tanrıların dünyası) və Midqard (insanların dünyası) ilə qarşılıqlı əlaqəyə girən yeganə dünya hesab olunur.


İstinadlar

Tarix : 9 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.