- Wikisun
Minorca - İspaniyanın cənub-şərqində yerləşən Balear adalarından olan Menorca adasından yayılmış ev toyuğu cinsidir. Bu cins dünyanın bir çox ölkəsində tanınmış sərgi quşudur, lakin Menorca adasında nəsli kəsilmək təhlükəsi ilə üzləşən və təhlükə altında olan bir cins hesab olunur. Tarix Minorcanın beynəlxalq tipi Britaniyalılar tərəfindən Menorcanın yerli quşlarından yaradılmışdır. Bu proses 1708-1783-cü illərdə Britaniyanın adanı işğalı zamanı başlamışdır, lakin bu prosesin adada yoxsa Britaniyada baş verdiyi dəqiq deyil. Ehtimal olunur ki, bu proses Menorcada başlamış və Britaniyada davam etdirilmişdir, çünki 1780-ci illərdə Menorcanan toyuqların idxalı sənədləşdirilmişdir. Təxminən 100 il sonra bu cins İngiltərənin cənub-qərbində olan Devon və Kornuol bölgələrində geniş yayılmış və yaxşı yumurta qoyan cins kimi qiymətləndirilirdi. Bu cins Parisdə "Barbezieux" adı altında nümayiş etdirilmişdir və dünya üzrə geniş yayılmışdır.1870-ci illərin sonlarında Almaniyaya çatmışdır və 1888-ci ildə Amerika Quşçuluq Assosiasiyasının Standard of Perfection daxil edilmişdir. Xüsusiyyətlər İspaniyada Minorca orta ölçülü bir cinsdir və hamar parlaq yaşıl-qara lələklərə malikdir. Xoruzlar təxminən 2.8 kq, toyuqlar isə 2.2 kq çəkidir. Beli maili, quyruğu isə demək olar ki, üfüqi vəziyyətdədir. İbik, üz və yanaqlar parlaq qırmızıdır. İbik hamar və təkdir, altı yaxşı müəyyən edilmiş ucu var; xoruzlarda dik, toyuqlarda isə bir tərəfə sallanır. Yanaqlar böyük, hamar və incə toxumalıdır. Qulaqcıqlar ağ, çox böyük və oval və ya badam şəklindədir. Dəri ağ, ayaqlar isə qara və ya tünd boz rəngdədir.
https://livestockconservancy.org/minorca-chicken/
https://amerpoultryassn.com/2022/01/the-black-minorca/
https://breeds.okstate.edu/poultry/chickens/minorca-chickens.html
https://www.mcmurrayhatchery.com/black_minorcas.html
https://chooks.co.nz/pages/chicken-breeds-minorca
https://www.omlet.co.uk/breeds/chickens/minorca/
https://www.poultryhub.org/all-about-poultry/species/fancy-chicken-breeds/minorca
Tarix : 25 fevral 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.