• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
meqrel-at-cinsi

Meqrel (at cinsi)

Meqrel- (gürcücə: მეგრული ცხენი,) - Gürcüstanın tarixi Kolxida bölgəsinin alçaq ərazilərinə xas kiçik at cinsi. Tarixi Cins bir çox adla tanınır: Meqruli, Minqreliyan, Menqreliyan, Meqrel və ya rusca Meqrelskaya.Onun məşhur Kolxida atının törəməsi olduğu güman edilir. 12-ci əsrdən 17-ci əsrə qədər Kolxida bölgəsində atçılığın inkişafı kifayət qədər artmışdı. Görünüşü Adını bölgədə yaşayan Minqrellilərdən alan atın çiyindən uzunluğu 129 santimetrdir. Ölçüsünə görə kiçik olsa da "Poni" sayılmır. Adətən şabalıd rəngində olur. 100-130 kiloqram yük daşıya bilir. Təbii iqlim şəraitinə uyğunlaşa bildiyi üçün kənd təsərrüfatı işlərində istifadə olunur. Minqrelian atı keyfiyyətli sümük inkişafı ilə xarakterizə olunur. Onun qısa və sürətli addımları var. 5-6 yaşında yetkin sayılır. Orta boylu başı, kiçik və əyilməz qulaqları, iri gözləri və yastı arxası var. Minqrellilərin qonşu xalqlarından biri olan abxazlar 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Abxaziyaya uyğunlaşdığı üçün minqrel atına böyük maraq göstərmişlər. Uppsala Universiteti tərəfindən həyata keçirilən və 2010-cu ilin avqustunda nəşr olunan araşdırma Meqrulinin təhlükə səviyyəsi bilinməyən yerli cins olduğunu müəyyən edib.


İstinadlar

Tarix : 29 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.