• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
madaqaskar-qaqari

Madaqaskar qaqarı

Madaqaskar qaqarı (elmi adı: "Tachybaptus pelzelnii") - Madaqaskarın qərb və mərkəzi hissələrində tapılan bir qaqarı növü. Binomial adı Avstriya ornitoloqu Avqust fon Pelzelnin şərəfinə verilmişdir. "Beynəlxalq Təbiəti Qoruma İttifaqı" (IUCN) tərəfindən nəsli kəsilmə təhlükəsi ilə üzləşən növ kimi təsnif edilmişdir və populyasiyası 5,000-dən azdır. Yaşayış mühitinin itirilməsi, yırtıcı balıqlar tərəfindən ovlanma və introduksiya edilmiş növlərlə rəqabət növ üçün əsas təhlükələrdir. Təsvir Madaqaskar qaqarı təxminən 25 sm uzunluğundadır. Çütləşmə dövründə qara ləkəli baş və boyun xətti, tez-tez qırmızımsı arxa qulaq örtükləri və boyun yanları, açıq boz yanaqlar, boğaz və ön boyun hissəsi ilə tanınır. Bəzi fərdlərdə göz altında baş ləkəsi ilə qulaq örtükləri arasında dar ağ xətt olur. Yayılması və yaşayış mühiti Bu növ Madaqaskarın qərb və mərkəzi hissələrində geniş yayılmışdır. Cütlüklərə tez-tez göllərın yaxınlığında rast gəlinir. 1990-cı illərin sonlarında aparılan araşdırmalarda növ Madaqaskarın 25 "Vacib Quş Sahəsi"ndə qeydə alınmışdır, lakin populyasiyanın sürətlə azaldığı güman edilir. Alaotra gölündəki sayı kəskin şəkildə azalıb: 1985-ci ildə bir neçə yüz fərd qeydə alınmışdı, 1993-cü ildə yalnız 10-20 fərd qalmışdı və 1999-cu ildə heç bir fərd qeydə alınmayıb. Şimal-qərb yaylasının meşəli göllərində 100-200 fərd yaşaya bilər. Hazırkı ümumi populyasiya 1,500-2,500 fərd arasında ola bilər. "T. pelzelnii" əsasən dayaz, şirin su göllərini və zambaq yarpaqları ilə sıx örtülü gölməçələri üstün tutur, lakin daha dərin göllərdə də tapılmışdır. Bəzən şor sulu ərazilərdə və yavaş axan çayların yaxınlığında da müşahidə edilmişdir. Ekologiya Madaqaskar qaqarı əsasən həşəratlarla qidalanır, lakin kiçik balıqlar və xərçəngkimiləri də ovladığı məlumdur. Ümumiyyətlə yerli xarakter daşıyır, lakin daha uyğun yaşayış mühiti axtarışında köçə bilir. Çütləşmə mövsümü avqustdan marta qədər davam edə bilər. Çütlüklər adətən əraziyə sahib çıxsa da, 150 fərddən ibarət qrup halında yuva qurduqları da qeydə alınıb. Yuvalar su bitkilərindən hazırlanan üzən quruluşlarda, adətən su zanbaqlarına bağlanaraq qurulur. Təhlükələr Madaqaskar qaqarı hal-hazırda "IUCN" tərəfindən "nəsli kəsilmə təhlükəsində olan" kimi təsnif edilmişdir. Növ üçün ən ciddi təhlükələrdən biri düyü əkinləri və pul qazandıran məhsullar üçün təbii yaşayış mühitinin itirilməsidir. Həmçinin, ekzotik balıqların introduksiyası və balıqçılıq təcrübələri də təhlükə yaradır. Alaotra gölündə yetkin fərdlər yırtıcı ilanbaş balıqları tərəfindən ovlanır. Həmçinin, monofilament qələf şəbəkələrinə dolanma təhlükəsi ilə üzləşirlər. Ekzotik ot yeyən balıqların (məsələn, "Coptodon zillii") introduksiyası su bitkilərinin inkişafını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb və kiçik qaqarı ("T. ruficollis") üçün əlverişli şərait yaradıb. "T. ruficollis" ilə rəqabət "T. pelzelnii" üçün təhlükə yaradır, lakin hər iki növ zəif növ kimi qiymətləndirilir. Pestisid və gübrələrin artan istifadəsi Madaqaskarın şirin su ekosistemlərinə zərərli təsir göstərir. Populyasiyanın hazırkı azalmasının növbəti 10 il ərzində sürətlənəcəyi gözlənilir, çünki artan bataqlıq ərazilərinin çevrilməsi və həddindən artıq balıq ovu növü insan istifadəsi üçün əlçatmaz və uyğun olmayan kiçik göllərə məhdudlaşdırır. Qorunma Madaqaskar qaqarının qorunması üçün müxtəlif tədbirlər həyata keçirilir. Növ altı qorunan ərazidə qeydə alınıb. Bataqlıqların qorunmasını prioritizə etmək üçün quşların, xüsusilə "T. pelzelnii" növünün göstərici kimi istifadə edildiyi bir monitorinq proseduru təklif edilmişdir. Madaqaskar hökuməti yaxınlarda "Ramsar Konvensiyası"nı ratifikasiya edib ki, bu da bataqlıqların qorunması tədbirlərini yaxşılaşdıra və bu növün azalmasına həsr olunmuş tədqiqatları başlada bilər.


İstinadlar

Tarix : 6 mart 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.