- Wikisun
Komondor - Macar çoban iti olaraq tanınan, uzun tüklü kürkə malik it cinsi. Bu cins bəzən görünüşünə görə "mop itləri" adlandırılır. Tarixən, komondor mal-qara və əmlak qorumaq üçün istifadə edilmişdir. Bu gün komondor Macarıstanın milli xəzinələrindən biri sayılır. Tarix Komondor, 12-ci və 13-cü əsrlərdə Macarıstana köçən, türkdilli, köçəri kuman xalqı tərəfindən gətirilmişdir. Cinsin adı olan komandor "Kuman iti" mənasını verir. Komondor, Tibet itlərindən törəmiş və kuman xalqı ilə birlikdə Asiyadan gəlmişdir. Komondorun ilk yazılı qeyd edilməsi 1544-cü ildə olub və 1673-cü ildə Amos Komenus tərəfindən qeyd edilmişdir. Komondor Macarıstanda əhəmiyyətli bir yeri olan və mal-qara qoruma məqsədilə istifadə edilən cins olaraq qalmışdır. İkinci Dünya Müharibəsi zamanı, çox sayda Komondor öldürülmüşdür, çünki işğalçılar (əvvəlcə almanlar, sonra isə ruslar) bir fermaya və ya evə girərkən itləri öldürməli idilər. Bununla belə, cins bu çətin dövrlərə baxmayaraq, mövcudluğunu qorumuş və bu gün də çox dəyərlənən bir mal-qara qoruma iti olaraq tanınır. Xüsusiyyətləri Komondorların çoxu 76 sm-dən hündürdür. Dişi komondorların hündürlüyü adətən 65-70 sm, erkəklər isə 70-80 sm arasında olur. Dişilərin çəkisi 40–50 kq, erkəklərin çəkisi isə 50–60 kq arasında dəyişir. Cinsin bədən quruluşu güclü, əzələli olub, uzun ayaqları və qısa arxası vardır. Quyruğu bir qədər əyilmiş, başı genişdir, burnu və dodaqları həmişə qaradır. Komondorun ən diqqətəlayiq xüsusiyyəti onun uzun, qalın və ağ kürküdür. Bu kürk 20–27 sm uzunluğundadır. Balaca itlərin kürkü yumşaq və tüklü olur, lakin tədricən sərtləşməyə başlayır və bu proses iki il çəkir. Komondorun kürkü onu yırtıcıların dişləmələrindən və sərt hava şəraitindən qoruyur. Cinsin kürkü ağ olur, lakin təmizlənmədiyi halda çirkli görünə bilər. Komondor, mal-qara qorumaq üçün yaradılmış bir itdir. Təbiətinə görə sakit, güclü və qoruyucu olur, lakin narahatlıq olduğu zaman ailəsini qorumaq üçün cəsarətlə mübarizə aparır. Komondor müstəqil düşüncə və hərəkət etmə qabiliyyətinə sahibdir, bu da onun qoruma işində müstəqil qərarlar verməsinə imkan verir. Yaşadığı ailəsi ilə mehriban olur və uşaqlara qarşı həssasdır, amma yad insanlara qarşı ehtiyatlıdır və onları, yalnız təhlükə olmadığını hiss etdikdə qəbul edir. Komondor, digər ev heyvanları ilə də yaxşı münasibət qurur, onları qoruyur, lakin sərhəd tanımayan heyvanları qəbul etmir. Bu it, böyük ölçüsü və qoruma instinktləri ilə şəhər həyatına uyğunlaşa bilmir. Gündüzləri ehtiyatla ətrafını izləyir, gecə isə ərazini dolaşır. Komondor, xüsusilə evə girən yad insanları tez bir zamanda tutub yerə sərir və üzərinə çıxaraq, sahibinin gəlməsini gözləyir. Təlim Komondorun böyük ölçüsü, gücü və temperamenti səbəbindən itaətkarlıq təliminin olmaması başqalarına təhlükə yarada bilər. Komondorlar ümumiyyətlə erkən yaşda (ideal vaxt: 4–8 ay arası) təlimə yaxşı cavab verirlər. Bu cinsin itləri darıxdıqda inadkar ola bilər, buna görə də təlim sessiyaları, mütləq əyləncəli olmalıdır. Tərif və eyni hərəkətlərin təkrarı mütləqdir. Komondorun yanında, dostluqdan kənar və ya düşməncə davranışlar etdikdə, gələcəkdə bu hərəkətlərin doğru olduğunu hesab edir. Araşdırmalar göstərir ki, sahibi qəddar olan komondorlar daha aqressiv olur. Sosiallaşması çox vacibdir. Mədəniyyətdə Komondor, "Beck"-in 1996-cı il "Odelay" albomunun üz qabığındakı şəkli ilə tanınıb. Fotoqraf Con Ludviq tərəfindən 1977-ci ilin iyul ayında çəkilən bu şəkil, komondorun bir maneəni aşarkən görüntüsünü əks etdirir və bu şəkil cinsin simvolu halına gəlmişdir.
https://en.wikipedia.org/wiki/Komondor
https://a-z-animals.com/animals/komondor/
https://www.britannica.com/animal/komondor
https://www.akc.org/dog-breeds/komondor/
https://www.elityavru.com/komondor
https://komondorclubofamerica.org/about-the-komondor/
https://www.thekennelclub.org.uk/search/breeds-a-to-z/breeds/pastoral/komondor/
https://www.thesprucepets.com/komondor-dog-breed-profile-4684512
https://www.hillspet.com/dog-care/dog-breeds/komondor
https://www.petmd.com/dog/breeds/komondor
https://dogtime.com/dog-breeds/komondor
https://acrossthemargin.com/beckodelay/
Tarix : 22 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.