- Wikisun
Kolluq iti (Speothos venaticus) — Mərkəzi və Cənubi Amerikada yaşayan, nadir və qorunmağa ehtiyacı olan it növü. Surinam, Qayana və Peru kimi bölgələrdə rast gəlinir. İlk dəfə Peter Wilhelm Lund tərəfindən Braziliya mağaralarında tapılan fosillərdən müəyyən olumuşdur. Əvvəlcə tükənmiş olduğu düşünülsə də, sonrada var olduqları sübut olunmuşdur. Xüsusiyyətlər Kolluq itləri yumşaq, uzun, tünd-qəhvəyi rəngdəki kürkləri ilə tanınır. Baş, boyun və arxada qırmızımtıl bir rəng tonu ilə bəzədilmişdir. Bununla yanaşı, alt tərəf tünd olur və bəzən daha açıq bir boğaz ləkəsi ilə görünə bilir. Gənc fərdlərin isə bütün bədəni qara rəngdə olur. Yetkin kolluq itlərinin baş-bədən uzunluğu adətən 57–75, quyruq uzunluğu isə 12.5–15 santimetr arasındadır. Çiyin hündürlüyü 20–30 santimetr, çəkisi 5–8 kiloqram arasında dəyişir. Bu itlər qısa ayaqlar, qısa burun və nisbətən kiçik qulaqlara sahibdir. Dişləri ətyeyən həyat tərzlərinə uyğunlaşmışdır. Amerika itləri arasında bənzərsiz olan diş formuluna sahibdirlər. Ümumilikdə 38 dişləri var. Kolluq itləri, "Dhole" və "Afrika yabanı itləri" ilə birlikdə, çox uzun 1 ədəd kəskin dişə sahib olan üç it növündən biridir. Dişi itlər dörd cüt süd vəzisinə sahibdir və hər iki cinsdə anal dəliklərində böyük qoxu vəziləri mövcuddur. Suda daha yaxşı üzə bilmək üçün pərdəli barmaqlara sahibdirlər. Coğrafiyası Kolluq itləri, Mərkəzi Amerikada Kosta Rikadan başlayaraq Cənubi Amerikanın böyük hissəsinə yayılmışdır və And dağlarının şərqində yerləşən ərazilərdə, Boliviyanın mərkəzi hissəsindən, Paraqvay və Cənubi Braziliyada rast gəlinir. Surinam, Qayana və Peruda daha çox yayılmışdır. Əsasən daha alçaq meşələrdə, 1,900 metrə qədər yüksəkliklərdə, nəmli savannalar və çaylara yaxın digər yaşayış yerlərində yaşayırlar. Bununla yanaşı, daha quru və açıq çəmənliklərdə də yaşadıqları müşahidə edilib. Növləri - Cənubi Amerika kolluq iti (Speothos venaticus venaticus) – Kolumbiyanın cənubu, Venesuela, Qayana, Braziliyanın çox hissəsi, Ekvadorun şərqi, Peru, Boliviya və Paraqvayda rast gəlinir. - Panama kolluq iti (Speothos venaticus panamensis) – Panama, Kolumbiyanın şimalı, Venesuela və Ekvadorun qərbində yayılmışdır. - Cənub kolluq iti (Speothos venaticus wingei) – Cənubi Braziliya, Paragvay və Argentinanın şimal-şərqində yayılmışdır. Bu alt növün ilk şəkilləri 2016-cı ilin aprelində, Argentinanın Misiones vilayətindəki "Don Otto Ekoloji Rezervi"ndə çəkilmişdir. Çoxalma Kolluq itləri il boyu cütləşirlər və mayalanma dövrü 12 günə qədər davam edə bilir. Dişilər cütləşmə zamanı tək bir erkəklə əlaqə qururlar. Hamiləlik müddəti 65-83 gün arasındadır və 3-6 bala doğulur. 10 bala doğan fərdlər də qeydə alınmışdır. Yeni doğulmuş balalar körpə və gözləri bağlı olur. 125-190 qram arasında çəkidə doğulurlar. Gözlər 14-19 gün sonra açılır. Gözlər açıldıqdan bir neçə gün sonra balalar yuvadan çıxırlar.
https://en.wikipedia.org/wiki/Bush_dog
https://www.britannica.com/animal/bush-dog
https://a-z-animals.com/animals/bush-dog/
https://www.inaturalist.org/taxa/42089-Speothos-venaticus
https://www.zoonewengland.org/stone-zoo/our-animals/mammals/bush-dog/
https://animalia.bio/bush-dog
https://www.marwell.org.uk/animals/bush-dog/
https://www.knowsleysafariexperience.co.uk/our-safari/animals/bush-dogs
Tarix : 21 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.