• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
kerol-piramidasi

Kerol piramidası

Kerol piramidası - Şirkətlərin iqtisadi fəaliyyətləri ilə yanaşı, cəmiyyətə, ətraf mühitə və maraqlı tərəflərə qarşı məsuliyyətlərini də əhatə edən bir konsepsiya. Bu anlayış, şirkətlərin yalnız mənfəət əldə etməklə kifayətlənməyib, eyni zamanda sosial və etik öhdəlikləri də yerinə yetirməsini tələb edir. Tarix 1979-cu ildə Arçi Kerol tərəfindən irəli sürülən KSM piramidası, şirkətlərin sosial məsuliyyətlərini dörd əsas kateqoriyada təsnif edir: 1. İqtisadi məsuliyyət (Əsas səviyyə): Hər bir biznesin ilk və ən əsas məsuliyyəti mənfəət əldə etməkdir. Şirkətlər öz əməliyyatlarını səmərəli təşkil edərək iqtisadi dəyər yaratmalıdırlar. Bu, digər məsuliyyətlərin yerinə yetirilməsi üçün zəruri bazadır. 2. Hüquqi məsuliyyət: Şirkətlər qanunlara və qaydalara əməl etməlidir. Bu, şirkətlərin öz fəaliyyətlərini ədalətli və şəffaf şəkildə həyata keçirməsini təmin edir. Həmçinin cəmiyyətin onlardan gözlədiyi minimum davranış standartıdır. 3 Etik məsuliyyət: Şirkətlər hüquqi tələblərdən əlavə etik prinsiplərə riayət etməlidir. Bu, cəmiyyətin və maraqlı tərəflərin mənəvi gözləntilərini əhatə edir. 4. Xeyriyyə (Filantropik) məsuliyyəti: Şirkətlərin cəmiyyətə könüllü şəkildə əlavə töhfələr verməsi bu səviyyədə həyata keçirilir. Bu fəaliyyətlər biznesin fəaliyyətindən asılı olmayaraq cəmiyyətin inkişafına yönəlib. Cəmiyyət tərəfindən arzu olunan, lakin tələb olunmayan məsuliyyətdir. Mahiyyəti Korporativ sosial məsuliyyət yalnız biznesin mənfəət əldə etmək məqsədini deyil, həm də cəmiyyət və ətraf mühitin inkişafına töhfə vermək missiyasını önə çıxarır. KSM-in düzgün həyata keçirilməsi şirkətlər üçün dayanıqlı uğurun əsasını təşkil edir və cəmiyyətin rifahına əhəmiyyətli təsir göstərir. Kerolun piramida nəzəriyyəsi KSM haqqında olan ilk nəzəriyyələrdəndir və biznes inkişaf trendlərini nəzərə alsaq kifayət qədər köhnədir və bu günün biznes meyarlarına cavab vermir. Kifayət qədər praqmatik, asan anlaşılan, cəlbedici məntiqi olan və gəlirli və hüquqi biznes olmaq tələbini real şəkildə təsdiq etməsinə baxmayaraq bu nəzəriyyənin öz məhdudiyyətləri var. Bu səbəbdən Kerol 2003-cü ildə M.Şvarz ilə birgə KSM nəzəriyyəsini yeniləyir . Yeni işlədiyi bu nəzəriyyə "3 sahəli model" ("Three domain model") adlanır. Burada bütün məsuliyyətlər piramida şəklində deyil eyni müstəvi üzərindədir və müəyyən nöqtələrdə bir-biri ilə kəsişir.


İstinadlar

Tarix : 10 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.