• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
kermadek-petreli

Kermadek petreli

Kermadek petreli (Pterodroma neglecta)-"Procellariidae" fəsiləsinə aid bir "qadflay" petrel növü. Ümumi məlumat Uzunluğu 38 sm, qanad aralığı isə 100 sm-dir. Bu növ polimorfikdir və ağ, tünd və aralıq rəngli morfları mövcuddur. Əsasən kalamar, balıq və digər dəniz canlıları ilə qidalanır. Yayılması Kermadek petreli Sakit okeanda Lord Hau adasından Xuan Fernandes adalarına qədər olan ərazidə çoxalır. Nadir hallarda Lord Hau adasının qərbində qeydə alınır, burada Balls Pyramid adasında 100-dən az fərddən ibarət kiçik bir koloniya saxlayır. Keçmişdə əsas adalarda da bir qədər çoxalırdı, lakin bu gün bu ehtimal edilmir. Kermadek adaları Yeni Zelandiyada bu növün çoxaldığı yeganə yerdir, o cümlədən arxipelaqın aşağıdakı adalarında: Nuqent, Neypir, Meyer, Dayrell, North Chanter, Makauley, Hazard və Çizman adaları. Pişiklər və siçanlar tərəfindən ovlanması səbəbindən artıq Raoul adasında çoxalmır, burada 1908-ci ildə təxminən 500.000 fərd yaşayırdı. Balls Pyramid adasında quşun çoxalma qaydası haqqında çox az məlumat var, lakin adətən burada yayın sonunda yuva qurur. Bu, Kermadek adalarındakı digər quşların çoxalma qaydası ilə üst-üstə düşür. İki yarımnövündən daha böyük olan "P. n. juana" həmçinin Mavriki adası yaxınlığındakı Round adasında çoxalır və bəzən Trindade petreli ilə hibridləşə bilər. Bu növ Havay, Avstraliya və Yeni Zelandiyada səyyah kimi qeydə alınmışdır. Pensilvaniya və Şimali Karolina (ABŞ) və Birləşmiş Krallıqda qeydə alınan səyyah fərdlər isə şübhəli hesab edilir. Çoxalma Bu növ monoqamdır və hər il yalnız bir bala böyüdür, bala 100–130 gün sonra müstəqil olur. Kermadek petreli çoxalma dövrünün geniş aralığı ilə fərqlənir, müxtəlif koloniyalar oktyabrdan fevrala və ya, fevraldan marta qədər yuva qurur. Avstraliya populyasiyasının ("Pterodroma neglecta neglecta") sayı hələ də aşağıdır, çünki, Filip adasında bənövşəyi sahil quşları ("Porphyrio porphyrio") tərəfindən yumurta və balaların ovlanması halları müşahidə olunur.


İstinadlar

Tarix : 4 mart 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.