- Wikisun
Kanvasbək ördəyi (lat. Aythya valisineria) — Şimali Amerikanın ən böyük dalğıc ördəyi. Təsnifat Şotland təbiətşünas Aleksandr Uilson 1814-cü ildə Kanvasbək ördəyini təsvir etmişdir. Cins adı, qədim yunan yazıçılarından "Hesixius" və "Aristotel" tərəfindən qeyd edilən, naməlum bir dəniz quşu olan "aithuia" sözündən götürülmüşdür. Növ adı "valisineria", Kanvasbək ördəyinin istirahət dövründə əsas qida mənbəyi olan, yabanı kərəviz "Vallisneria americana" növünün adından götürülmüşdür. Kərəviz cinsi isə XVII əsr italyan botaniki Antonio Vallisneriyə həsr edilmişdir. Müxtəlif dillərdə bu quşun adı "ağ arxalı ördək" kimi tərcümə olunur. Məsələn, fransızca "morillon à dos blanc", ispanca isə "pato lomo blanco" olaraq adlandırılır. Meksikada isə bu quş "pato coacoxtle" adlanır. Təsviri Kanvasbək ördəyi 48–56 sm uzunluğunda və 862–1,600 qram çəkisində olur. Qanad genişliyi isə 79–89 sm arasında dəyişir. Bu, "Aythya" cinsinin ən böyük növüdür və ölçüləri baxımından "mallard" ördəyinə bənzəsə də, ondan daha ağır və sıx tüklərə sahibdir. Qərbi Nyu Yorkda qışlama dövründə 191 erkək ördəkdə aparılan araşdırma nəticəsində bu növün erkəklərinin orta çəkisinin 1,252 qram olması müəyyən olunmuşdur. 54 dişi ilə aparılan eksperimetdə isə orta çəki 1,154 qram olmuşdur. Kanvasbək ördəyi kəskin şəkildə düz başı və uzun, zərif boynu ilə tanınır. Erkək kanvas ördəyi qara dimdiyi, qırmızı-qəhvəyi başı və boynu, qara sinəsi, boz arxası, qara kürəyi və qara-qəhvəyi quyruğu ilə seçilir. Onun arxa və qarın bölgəsi isə ağdır və bu bölgədəki naxışlar kanvas toxumasına bənzəyir ki, bu da quşun adını almasına səbəb olmuşdur. Dişi isə qara dimdiyi, açıq qəhvəyi başı və boynu, tünd qəhvəyi sinəsi və arxası ilə fərqlənir. Onun qanadları və ayaqları boz-yaşıl rəngdədir. Cütləşmə Kanvasbək ördəyi Şimali Amerikanın çöl gölməçələrində cütləşir. Yuvası bitkilərlə örtülür və tüklərlə döşənir. Yuva sahələrinin itkisi bu növün populyasiyasının azalmasına səbəb olmuşdur. Kanvasbək ördəyi hər il yeni bir fərdlə, qışın sonlarına yaxın dəniz sahillərində cütləşir. Bu növ, su bitkiləri ilə əhatə olunmuş sabit çöl gölməçələrində yuva qurmağı üstün tutur. Yumurtalarının sayı təxminən 5-11 arasında dəyişir və onlar boz-yaşıl rəngdədir. Balalar tüklə örtülür və yuvanı çox tez tərk edirlər. Kanvasbək ördəyi bəzən öz yumurtalarını başqa kanvas ördəyi yuvalarına qoyur, həmçinin "Redhead" ördəkləri tez-tez Kanvasbəkördəyi yuvalarına öz yumurtalarını qoyur. Miqrasiya Kanvasbək ördəyi Mississippi miqrasiya yolu ilə qışlama sahələrinə köçür. Ənənəvi olaraq, Çesapik körfəzi onların qışlama yerinin çoxunu təşkil edirdi, lakin son illərdə sualtı bitkilərin azalması ilə bu quşların yayılma sahəsi cənuba doğru dəyişmişdir. Onlar körfəzlər və bataqlıqlarda qışlamağı üstün tuturlar. Həmçinin, bir neçə quşun Atlantik okeanını keçdiyi məlumdur. Qidalanma Kanvasbək ördəyi əsasən su altına girərək qidalanır, zaman-zaman suyun üstündə üzərək də qidalandığı görülüb. Onun əsas qidası toxumlar, tumurcuqlar, yarpaqlar, köklər, ilbizlər və həşərat larvalarından ibarətdir. Sevimli qida mənbəyi, vahşi kərəviz "Vallisneria americana" və "saqomarı" bitkisi olan "Stuckenia pectinata" köküdür. Mətbəx Kanvasbək ördəyi XIX əsrin ortalarında Amerikada çox prestijli bir yemək olaraq qəbul edilirdi. Bu ördəklər möhtəşəm dadı əsasən onların vahşi kərəvizlə qidalanmasına bağlanırdı. Sonralar, quşların azaldığı və baha başa gəldiyi bildirilmişdir. 1870-ci illərdə Edit Varton Kanvasbək ördəyi ilə hazırlanmış qaragilə sousu olan yeməyi lüks bir ziyafət kimi qeyd etmişdir. Mühafizə Kanvasbək ördəyi populyasiyası 1980-ci illərdə çox aşağı düşmüş və növün sayı xüsusi narahatlıq altında olmuşdur. Ancaq 1990-cı illərdə növün sayının artdığı müşahidə edilmişdir. Bu növ xüsusilə quraqlıq və bataqlıqların qurudulması səbəbindən təhlükə altındadır. Populyasiyasını qorumaq üçün onların yuva qurduqları və qidalandığı sahələrin qorunması vacibdir.
https://en.wikipedia.org/wiki/Canvasback
https://a-z-animals.com/animals/canvasback/
https://www.allaboutbirds.org/guide/Canvasback/overview
https://www.britannica.com/animal/canvasback
https://www.allaboutbirds.org/guide/Canvasback/lifehistory
https://www.fws.gov/species/canvasback-aythya-valisineria
https://abcbirds.org/bird/canvasback/
https://www.audubon.org/field-guide/bird/canvasback
https://stlzoo.org/animals/birds/waterfowl/canvasback
https://www.bayjournal.com/columns/on_the_wing/the-big-beautiful-canvasback-what-s-not-to-love/article_e6ce5882-4325-11ec-9493-af29455eba29.html
https://homesteadontherange.com/2021/06/28/canvasback/
https://www.nationalgeographic.com/animals/birds/facts/canvasback
Tarix : 21 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.