- Wikisun
Kaçhi şəhəri - Cənubi Amerikanın qərbində yerləşən Salta vilayətinin bir hissəsi. Coğrafiya Bu kiçik və gözəl qəsəbə, And dağlarının ətəklərində, Calchaquí Vadisi boyunca yerləşir. Kaçhi, Argentina üçün məşhur olan təbii gözəllikləri və tarixi mirası ilə tanınır. Kaçhi, Salta şəhərinin təxminən 150 km cənub-qərbində yerləşir. O, təxminən 2,280 metr yüksəklikdədir və bölgəyə xas olan quru iqlimi ilə seçilir. "Kaçhi" adı Quechua dilində "duz" mənasını verir. Bunun səbəbi bölgənin yaxınlığındakı duz sahələri ilə bağlıdır. Əhali Kaçhi bölgəsi qədim zamanlardan bəri yerli Calchaquí hinduları tərəfindən məskunlaşdırılmışdır. Bu xalqlar bölgədə inkişaf etmiş kənd təsərrüfatı və ticarət mədəniyyəti ilə tanınırdılar. İspanlar bölgəyə XVI əsrdə gəliblər. Kaçhinin müasir memarlığı bu dövrün təsirini əks etdirir. Kolonial üslubda inşa edilmiş evlər, dar daş küçələr və mərkəzi meydan bu tarixdən miras qalmışdır. Turizm Kaçi şəhəri həmçinin turizmi ilə fərqlənir. Bura bir çox məkanları, həmçinin, Katolik Kilsəsi (Iglesia de San José), Arxeologiya Muzeyini (Museo Arqueológico de Cachi) misal çəkə bilərik. - Katolik Kilsəsi (Iglesia de San José) - 1796-cı ildə tikilmiş bu tarixi kilsə, kaktus ağacından düzəldilmiş tavanı ilə məşhurdur. - Arxeologiya Muzeyi (Museo Arqueológico de Cachi) - Bu muzeydə Calchaquí Vadisinin qədim mədəniyyətlərinə aid əsərlər nümayiş olunur. Kaçhi, təmiz dağ havası, panoramik mənzərələr və təbiət həvəskarları üçün cəlbedici yerlər təqdim edir. Ətrafında piyada gəzinti yolları və təbiət parkları yerləşir.Kaçhi, həm tarixi, həm də təbii gözəllikləri ilə Argentina daxilində və beynəlxalq miqyasda turistlər arasında məşhur olan bir məkandır.
https://www.suteba.org.ar/cachi-20454.html
https://argentinapura.com/locations/argentina/northwest/salta-linda/cachi/
https://visitsalta.ar/post/cachi-en
https://argentina.travel/en/activities/cachi
https://www.movitrack.com.ar/eng/Cachi.html
https://www.cachisalta.com.ar/informacion-general/datos-principales
https://www.argentina.gob.ar/capital-humano/cultura/monumentos/poblado-de-cachi
Tarix : 25 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.