• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
jangseung

Jangseung

Jangseung - Koreya mədəniyyətində həm totem, həm də tanrı rolunu oynayan unikal totem sütunları. Onlar müxtəlif bölgələrdə fərqli məqsədlərlə istifadə edilərək ruhları qovmaq, məkanları qorumaq və sərhəd nişanələri kimi xidmət etmişdir. Yaradılışı və adları Əsas ad: Jangseung Alternativ adlar: Beopsu və Beoksu. Bu adlar xüsusilə "Jeolla", "Chungcheong" və "Gyeongsang" bölgələrində geniş yayılıb. Bu adların kökü boksa sözünə gedib çıxır ki, bu da kişi şaman mənasını verir. Materiallar: Jangseunglar əsasən taxtadan düzəldilsə də, "Jeolla" bölgəsində daşdan hazırlanır və "Jeju" adasının məşhur "dolhareubang" heykəllərinə bənzəyir. Tarixi 18-ci əsr "Joseon" sülaləsi dövründə kral Jeongjo atasının məzarı olan Suwon şəhərinə gedərkən Seulun Sangdo bölgəsində pis ruhları qovmaq üçün jangseunglar ucaltmağı əmr etmişdi. Bu hadisədən sonra həmin bölgə "Jangseungbaegi" adlanmağa başlamış və hazırda Seul metrosunun 7-ci stansiyası "Jangseungbaegi" adını daşıyır. Məqsədləri və növləri Kənd qoruyucusu (Village Guardian): Kəndin tanrısı hesab olunur və "Dongje" adlı kənd bayramlarının mərkəzi fiqurudur. Kəndi pis ruhlardan, yanğınlardan qoruyur və xoşbəxtlik gətirir. Məbəd qoruyucusu (Temple Guardian): Məbədləri görünməz pis ruhlardan qorumaq üçün istifadə edilir. Onlar, həm də məbədin sərhəd nişanəsi rolunu oynayır. İctimai qoruyucu (Public Guardian): Yollar, qapılar, kazarmalar və dəniz yollarını qorumaq məqsədilə istifadə olunur. "Milepost" (yol nişanı) kimi də xidmət edir və təhlükəsizlik simvoludur. Fiziki görünüşü və yazıları Kişi jangseung: Başında Koreya aristokratlarına və ya alimlərinə xas olan xüsusi baş geyimi olur. Üzərində "Cheonha-daejanggun" yəni "Bütün aləmlərin böyük generalı" yazılır. Qadın jangseung: Daha sadə baş geyimi ilə fərqlənir.Üzərində "Jiha-yeojanggun" yəni "Yeraltının qadın generalı" və ya "Yeraltının böyük generalı" yazılır. Bu yazılar kişilərin və qadınların birgə balansını, gender bərabərliyini göstərir. Jangseunglar çox vaxt kabusabənzər üz cizgilərinə, böyük gözlərə, gülüşlü və ya qorxuducu ağıza malik olurdu. Xüsusiyyətləri "Jeolla" bölgəsi: Jangseunglar adətən daşdan hazırlanır və "dolhareubang" heykəllərinə bənzəyir. "Gyeongsang" və "Chungcheong" bölgələri: Burada Beopsu/Beoksu adlanır və kişi şamanlara istinad edir. "Seul" və "Sangdo" bölgəsi: Tarixi kral qoruyucularına istinad edir. Rituallar və inanclar Kənd sakinləri jangseunglara qurbanlar təqdim edir, dualar edir və onlardan məhsuldarlıq, xeyir-bərəkət və sağlamlıq diləyirlər. "Jangseungje" adı ilə keçirilən festivallarda köhnə jangseunglar təzələnir və boyanır. Bu, həm də kənd cəmiyyətinin birliyini gücləndirir.


İstinadlar

Tarix : 17 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.