• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
isvecre-uslubu

İsveçrə üslubu

İsveçrə üslubu (Swiss Style) - 20-ci əsrin ortalarında yaranmış və qrafik dizayn dünyasında böyük təsirə malik olmuş bir dizayn hərəkatı. Mahiyyəti O, sadəlik, oxunaqlılıq və funksionallıq prinsiplərinə əsaslanaraq, müasir dizaynın əsas istiqamətlərindən birini formalaşdırmışdır. Bu üslub xüsusilə typoqrafiya, şəbəkə (grid) sistemləri və asan başa düşülən vizual ünsiyyət üzərində qurulmuşdur. Tarix İsveçrə Üslubu 1940-1950-ci illərdə İsveçrə və Almaniyada formalaşmağa başlamışdır. Dizaynerlər Josef Müller-Brockmann, Armin Hofmann və Max Bill bu üslubun əsas təməllərini qoymuş və onu beynəlxalq səviyyədə tanıtmışdırlar. Bu hərəkatın məqsədi sadə, balanslı və funksional dizayn yaratmaq idi. Əsas prinsiplər - Şəbəkə (Grid) sistemi – Swiss Style dizaynda mütəşəkkil və nizamlı kompozisiya üçün şəbəkə sistemindən geniş istifadə edilir. Bu sistem dizayn elementlərinin harmonik şəkildə yerləşdirilməsini təmin edir. - Sadə və minimalist dizayn – Gərəksiz detalların istifadəsindən qaçınaraq, dizaynın oxunaqlılığını artırmaq əsas məqsəddir. - Tipoqrafiyanın əhəmiyyəti – İsveçrə Üslubunda sans-serif şriftləri, xüsusilə Helvetica və Univers geniş istifadə olunur. Bu şriftlər sadə və oxunaqlıdır. - Obyektiv və neytral dizayn – İsveçrə Üslubu şəxsi hisslərdən çox, məzmunun aydın çatdırılmasına yönəlib. - Asimmetrik kompozisiya – Simmetriyanın əvəzinə, elementlərin balanslı şəkildə asimmetrik yerləşdirilməsi dizayna dinamika qatır. - Rəng seçimi – Adətən məhdud, neytral və kontrastlı rənglərdən istifadə edilir. Müasir dizaynda rolu Bu üslubun prinsipləri müasir qrafik dizaynın bir çox sahəsinə təsir edib. UX/UI dizayn, brendinq, reklam və poster dizaynlarında İsveçrə Üslubunun izlərini görmək mümkündür. Xüsusilə, minimalist və funksional yanaşma müasir veb dizaynda geniş tətbiq edilir.


İstinadlar

Tarix : 5 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.