• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
inari-okami

İnari Okami

İnari Okami - Şintoizm dinində ən tanınmış tanrılardan biri. O tülkü, məhsuldarlıq, düyü, kənd təsərrüfatı, çay, rifah tanrısı hesab olunur. İnari Okaminin kökləri qədim Yaponiyaya qədər uzanır. İlk vaxtlar o,yalnız kənd təsərrüfatı tanrısı hesab olunsa da, zaman keçdikcə əhatə dairəsi genişlənmişdir. Simvolları İnari, əsasən Yaponiyanın əsas qida məhsulu olan düyü ilə əlaqələndirilir. "İnari" adı özü "düyü daşıyan" kimi tərcümə edilir. Bu, Yapon cəmiyyətində düyü yetişdirmənin vacibliyini göstərir. İnariyə əsasən torpağın məhsuldarlığı artırmaq məqsədilə ibadət edilirdi. Lakin bu tanrının təsiri yalnız kənd təsərrüfatı ilə məhdudlaşmır, həm sənaye, həm də şəxsi uğur kimi müxtəlif sahələrdə rifahın təminatçısı kimi qəbul edilirdi. İnarinin ən məşhur simvolu tülkülər (Kitsuen) hesab olunur. Tülkülər İnarinin elçiləri kimi qəbul edilir və sehrli güclərə sahib olduqlarına inanılır. Tülkülər tez-tez ağ rəngdə təsvir olunur, bu isə onların təmizliyi və ilahi qorumasını simvollaşdırır. Bəzi miflərə görə, tülkülər şəkil dəyişmə qabiliyyətinə sahibdirlər və müxtəlif formalı insan kimi görsənə bilərlər. Tülkülər həmçinin pis ruhları dəf etmək və yaxşı şans gətirmək qabiliyyəti ilə əlaqələndirilir.İnari məbədlərinin hər birində tülkü heykəlləri olurdu.Bu tülkü heykəlləri ağzında açar, zinət əşyaları və düyü kimi simvolik əşyalar saxlayır. Bu əşyaların, İnarinin öz təqibçilərinə verdiyi ilahi gücü simvollaşdırdığı düşünülür. İnari ilə əlaqəli digər ümumi simvollar arasında, müqəddəs bir məkanı işarələyən "torii qapısı" və oraqlar, düyü çantaları, qılınclar və sehrli daşlar vardır. Təsvirləri Yapon mifologiyasında İnarinin rolu çoxşaxəlidir. İlkin olaraq, İnariyə qadın bir ilahə olaraq ibadət olunurdu. Bəzi əfsanələrdə, İnari göylərdən ağ bir tülkü üzərində enərək, əlində taxıl daşıdığı təsvir edilir. Bəziləri bunun taxılı deyil, düyü olduğunu düşünür. Zamanla İnari həm kişi, həm də qadın olaraq təsvir edilməyə başlanmışdır. O, tez-tez yemək və məhsuldarlığı simvollaşdıran gənc bir qadın fiquru olaraq və ya düyü daşıyan yaşlı bir kişi kimi təsvir edilirdi. İnarinin cinsiyyətinin ikili təbiəti onun cəmiyyətdə kişi ilə qadının bərabərliyinə işarə olduğuna inanılırdı. Bəzi mənbələrdə isə onun cinsiyyətsiz olduğu qeyd olunub. Tarixi İnariyə ibadətinin kökləri tam olaraq məlum deyil, lakin dəlillər göstərir ki, bu ibadət eramızın 5-ci əsrinə qədər başlamışdır. Bəzi alimlərin fikrincə İnariyə ibadət 711-ci ildə, Kyotodaki İnari Dağında "Fushimi İnari Məbədi"nin qurulması ilə başlamışdır. "Heian" dövründə (794-1185), İnari geniş yayıldı və Yaponiyanın hər yerində məbədlər inşa edilməyə başlandı. Suzaku imperatoru, 942-ci ildə İnariyə üsyanları yatırmasına kömək etdiyi üçün yüksək rütbə vermişdi. İnarinin "Shingon" Budizmi ilə əlaqəsi də bu dövrdə dərinləşmişdi. Orta dövr (1185-1600) ərzində İnarinin populyarlığı davam edirdi. İnari məbədləri, ticarət bölgələrinin yaxınlığında və hətta feodal ağalarının (daimyōs) mülklərində inşa edildiyindən, ona inananların sayı da sürətlə artdı. Məbədlər İnari məbədləri Yaponiyada ən çox yayılmış məbədlərdən biridir. 1985-ci ilədək 32,000-dən çox İnariyə həsr olunmuş Şintoizm məbədi qeydə alınmışdır və bu, Yaponiyada bütün Şintoizm məbədlərinin üçdə birindən çoxunu təşkil edir. Bunların ən məşhuru və hörmətlə qarşılananı Kyotodaki "Fushimi İnari Taisha"dır. Burada minlərlə qırmızı "torii qapısı", İnari dağına doğru uzanır və müqəddəs bir mənzərə yaradır.


İstinadlar

Tarix : 19 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.