• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
hvanunq

Hvanunq

Hvanunq - Koreya mifologiyasının mərkəzi fiqurlarından biri. Koreya miflərinə görə, cənnət tanrısı Hvaninin oğlu, Koreyanın ilk əfsanəvi hökmdarı olan Danqun Wanggeomin atasıdır. O, Koreyanın ən qədim krallığı olan "Gojoseonun" banisidir. Mifoloji tarixi Hvanunq, cənnət tanrısı Hvaninin oğlu olaraq doğulmuş və insanların dünyasını idarə etmək üçün yerə enməyə qərar vermişdir. O, cənnət ilə dünyanı birləşdirən bir köprü olaraq təsvir edilir. Hvanunq, 3000-dən çox şagirdi ilə birlikdə cənnətdən yerə enərək, "Baekdu dağı"nda bir sandal ağacının altında Sinsi ("Tanrı Şəhəri") adını verdiyi bir şəhər qurmuş və özünü "Cənnət kralı" adlandırmışdır. Efsanədəki əhəmiyyətli hadisələr Mifologiyaya görə, Hvanunq insanların mədəni inkişafını təmin etmək məqsədilə bir çox sənətləri, tibb və əkinçilik kimi elmləri öyrətmişdir. Əfsanəyə görə, "Baekdu dağı"nda bir mağarada yaşayan ayı və pələng, hər gün Hvanunqa dua etmək üçün bu ağacın yanına gəlib. Bir gün Hvanunq bu ayıya və pələngə iyirmi baş sarımsaq və bir neçə müqəddəs ənginar vermiş, onlara 100 gün günəşdən uzaqda, mağarada qalmağı tapşırmışdır. Pələng bu sınağa dözə bilməyib mağaradan çıxmış, ayı isə gözləməyi bacarmışdır. 100 gün bitdikdən sonra növbəti 21 gün içində ayı gözəl bir qadına çevrilir və Hvanunqa ibadət etməyə başlayır. Hvanunq, qadını özü ilə götürür və onunla evlənir. Bu evlilikdən Danqun doğulur. Onun adı "Sandalwood Prince" (Sandal ağacı şahzadəsi) mənasını verir. Koreya mifologiyasındaki rolu Hvanunq, Koreya mifologiyasının əsas simalarından biri olaraq, Koreyanın mədəni inkişafında və cəmiyyət quruluşunun formalaşmasında mühüm rol oynamışdır. O, Koreya xalqının mədəniyyətini, dini inanclarını və etik prinsiplərini formalaşdırmışdır. Hvanunq, insanlara yaxşılıq və ədalətə dair prinsiplər öyrətmiş, onların həyat tərzini yaxşılaşdırmaq məqsədilə müxtəlif sənət və elmləri tanıtmışdır.


İstinadlar

Tarix : 16 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.