- Wikisun
Honduras ağ yarasa (Ectophylla alba) - Yalnız Mərkəzi Amerikada, xüsusilə Honduras, Nikaraqua, Kosta Rika və Panamanın qərb hissələrində rast gəlinən kiçik yarasa növü. Xüsusiyyətlər Bu yarasalar, ağ rəngli tükləri və sarımtıl narıncı rəngli burun və qulaqları ilə tanınır. Bədən uzunluğu 3.7-4.7 sm, qanad açılışı isə 9.5-10.5 sm arasında dəyişir. Təxminən 7-18 il arasında ömrü var. Təxminən 1300 məlum yarasa növündən yalnız altısında rast gəlinən fərqli, tamamilə ağ xəzi var. Tarix Cins və növ ilk dəfə 1892-ci ildə elmi olaraq təsvir edilmişdir. Bu növ haqqında məlumatlar, zooloq William Peters tərəfindən verilmişdir. O zamanlar yarasa, Hondurasa xas olduğu üçün adını da bu regiondan almışdır. Yaşayış və qidalanma Dişləri ilə yarpaq qabırğalarını ustalıqla kəsərək V şəklində qatlayaraq alt qat bitki yarpaqlarından “çadırlar” qurur, gündüzlər bu çadırlarda otururlar. Bu yarasalar əsasən meyvə ilə qidalanırlar, xüsusilə də Ficus colubrinae növü ilə. Dişilər ildə iki dəfə hamilə qala və hər dəfə bir bala dünyaya gətirə bilərlər. Ekosistemdə rolu Honduras ağ yarasaları, ekosistemlərində meyvə yeyən heyvanlar olaraq, bitkilərin tozlanmasında və toxumların yayılmasında mühüm rol oynayırlar. Ancaq, meşə qırılmaları və yaşayış sahələrinin itirilməsi səbəbindən populyasiyaları azalmaqdadır. Bu səbəbdən, növün qorunması üçün müvafiq tədbirlər görülməsi vacibdir. Beynəlxalq Təbii Ehtiyatların Qorunması Birliyi (International Union for Conservation of Nature-IUCN) tərəfindən 2015-ci ildə tükənmək təhlükəsi səbəbi ilə "Near Threatened" statusuna alınıb.
https://en.wikipedia.org/wiki/Honduran_white_bat
https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC3634860/
https://www.iucnredlist.org/species/7030/22027138
https://academic.oup.com/jmammal/article-abstract/98/4/1193/3790869?redirectedFrom=fulltext&login=false
https://academic.oup.com/jmammal/article/100/2/299/5378721?login=false
Tarix : 9 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.