• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
highland-mal-qara-cinsi

Highland (mal-qara cinsi)

Highland Şotlandiyanın kənd yerlərində yetişdirilən mal-qara cinsi. Bu cins Şotlandiya Yaylalarında və Qərbi Adalarda yaranmışdır və uzun buynuzları, qalın, dalğalı tükləri ilə tanınır. Highland cinsi sərt iqlim şəraitinə tab gətirə bilən dayanıqlı bir cinsdir. İlk nəsil kitabı 1885-ci ildə tərtib olunmuşdur; daha əvvəl ayrı-ayrı hesab edilən kiçik, adalarda yetişdirilən qara rəngli Kyloe və böyük, materikdə yetişdirilən açıq qəhvəyi Highland cinsləri vahid bir cins kimi qeydə alınmışdır. Bu cins əsasən ətlik mal-qara kimi yetişdirilir və bir çox ölkələrə ixrac edilmişdir. Xüsusiyyətləri Highland mal-qarası soyuq qış aylarında qorunmaq üçün xüsusi tüklərə malikdir. Onların qalın, uzun, dalğalı və yunlu tükləri vardır. Ən çox rast gəlinən rəng qırmızımtıl-qəhvəyi olub, təxminən 60%-ni təşkil edir. Təxminən 22%-i sarı, qalanları isə solğun gümüşü, qara olur. Highland mal-qarasının ikiqat tüklü örtüyü var: Xarici təbəqə – yağlı və uzun tük qatıdır. Bu, bütün mal-qara cinsləri içərisində ən uzun tüklərdir. Daxili təbəqə – sıx, yunlu alt qatdır. Bu xüsusiyyətlər Highland cinsinin rütubətli və küləkli Şotlandiya yaylalarına mükəmməl uyğunlaşmasını təmin edir. Bədən ölçüləri və yaşam müddəti Yetkin buğalar 800 kq-a qədər, Dişi heyvanlar isə 500 kq-a qədər çata bilər. İnəklər 90–106 sm hündürlükdə olur, Buğalar isə 106–120 sm aralığında olur. Hamiləlik müddəti 277–290 gün arasındadır. Adətən bir buzov doğulur, lakin əkiz doğumlar da mümkündür. Cinsi yetkinlik 18 aylıqda əldə edilir. Highland mal-qarasının orta ömür müddəti 20 ilə qədərdir, bu isə digər cinslərə nisbətən daha uzundur. Soyuğa qarşı davamlılıq Avropa mal-qaralarının çoxu aşağı temperaturlara yaxşı uyğunlaşır, lakin Highland mal-qarası "Arktik iqlimdə yaşayan maral və karibu qədər soyuğa dözümlü" olaraq təsvir edilmişdir. Bunun əksinə, qalın tük örtüyü səbəbindən isti iqlimə uyğunlaşmaları çətindir və Cənubi Asiyadan gələn Zebu mal-qarası qədər istiyə dözümlü deyillər. Highland cinsi Norveç və Kanada kimi Şotlandiyadan daha soyuq ölkələrdə uğurla yetişdirilmişdir. Sosial davranış 4 il ərzində yarı-vəhşi Highland mal-qarası qrupu üzərində aparılan araşdırmalarda, onların açıq bir sosial struktura və iyerarxiyaya malik olduğu müəyyən edilmişdir. Sosial üstünlük yaş və cinsdən asılıdır: yaşlı heyvanlar gənc və buzovlara, buğalar isə dişilərə üstünlük təşkil edir. Gənc buğalar 2 yaşına çatdıqda yetkin inəkləri üstələməyə başlayır. Dominant inəyin buzovları daha yüksək sosial statusa malik olur, baxmayaraq ki, ana tərəfindən az müdaxilə edilir. Dostluq davranışları arasında oyun döyüşü, yalama və bir-birinə çıxma hərəkətləri müşahidə olunmuşdur. May və iyun aylarında cütləşmə baş verir və dişi heyvanlar ilk doğumlarını 2-3 yaşında edir.


İstinadlar

Tarix : 25 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.