- Wikisun
Habu ilanı — Yaponiyanın Ryukyu adalarına aid endemik növ. Hazırda heç bir alt növü tanınmır. Müxtəlif bölgələrdə "habu", "Okinava habu" və "Kume Shima habu" kimi adlarla da tanınır. Xüsusiyyətləri Bu növün ümumi uzunluğu 120–150 sm , maksimum isə 240 sm-ə qədər olur. O, cinsi daxilində ən böyük olanıdır. Bədən quruluşu zərif və nisbətən uzun, başı isə böyükdür. Başın üst hissəsi kiçik səsli pulcuqlar ilə örtülmüşdür. Habu ilanı parlaq zeytun və ya qəhvəyi rəngə malikdir, üzərində uzanmış tünd yaşıl və ya qəhvəyi ləkələr var. Ləkələrin sarı kənarları olur, bəzən sarı nöqtələr müşahidə edilir. Tez-tez dalğalı zolaqlar meydana gətirmək üçün nöqtələr birləşir. Qarın tərəfi ağ rəngdədir, amma kənarlarında tünd rənglər mövcuddur. Habu ilanı yalnız Yaponiyanın Ryukyu adalarında, xüsusəndə Ryukuya bağlı Okinava və Amamidə yaşayır. Böyük vulkanik adalarda çox yayılsa da, Kiçik Mərcan adalarına yoxdur. Bu növ, palma meşələri ilə əkin sahələri arasındakı keçid zonasından tez-tez müşahidə olunur. Həmçinin, daş divarlarda, köhnə məzarlar və mağaralarda yaşayırlar. Ekologiya Bu növ torpaqda yaşayır və əsasən gecə fəaliyyət göstərir. Tez-tez evlərə girərək siçovul və digər gəmiriciləri ovlayır. Cəsur və əsəbidir, tez bir zamanda zərbə vurur və adətətn qurbanın hərəkət etməyə şansı olmur. Ov üçün yuvasından çox uzağa gedə bilir. Çox "pit viper" növündən fərqli olaraq, habu ilanı yumurtlayan növdür və canlı balalar əvəzinə yumurta qoyur. Cütləşmə erkən yazda baş verir və iyulda 18-ə qədər yumurta qoyulur. Yumurta 5–6 həftə inkubasiya olunandan sonra, 25 sm uzunluğunda olan balalar çıxır və böyüklərə bənzəyirlər. Okinava adasında bu növün sayını azaltmaq məqsədilə, 1910-cu ildə adaya kiçik Asiya manqusları (Herpestes javanicus) gətirilmişdir. Amma bu problemi həll etməmiş, əksinə manquslar yerli quşlar və kiçik məməlilərin sayının azalmasına səbəb olmuşdur. Zəhər Amami adasında il ərzində hər 1000 nəfərdən ikisini ilan sancır. Bu çox yüksək göstərici hesab edilir. Bu növün zəhəri yüksək toksikliyə malikdir və sitotoksin və hemorrahagin komponentlər ehtiva edir. Lakin ölüm nisbəti 1%-dən azdır. Habu ilanının dişləməsi, ürək bulanması, qusma, hipotansiyon və ölümə səbəb ola bilər. Bəzi hallarda, qurbanlar müalicə alındıqdan sonra əl və ayaqlarında hərəkət qabiliyyətini itirdiklərini bildirirlər. Əgər qurbana dərhal tibbi yardım alarsa, sancmalar həyat üçün təhlükəli deyil. Lakin, 6–8%-i qalıcı əlillik yaşayır.
https://en.wikipedia.org/wiki/Protobothrops_flavoviridis
https://a-z-animals.com/animals/habu-snake/
https://reptile-database.reptarium.cz/species?genus=Protobothrops&species=flavoviridis
https://www.inaturalist.org/taxa/31001-Protobothrops-flavoviridis
https://www.serum-therapy.com/en/injury-snake/protobothrops/
https://pubmed.ncbi.nlm.nih.gov/39551418/
https://www.pierrewildlife.com/searchspecies/reptiles/snakes/viperidae/protobothropsflavoviridis/
https://www.britannica.com/animal/Okinawa-habu
https://www.oist.jp/news-center/press-releases/mysteries-okinawan-habu-venom-decoded
https://mainichi.jp/english/articles/20170905/p2a/00m/0na/020000c
Tarix : 21 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.