• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
galloway

Galloway

Galloway - Şotlandiyanın cənub-qərbində yerləşən və tarixi Wigtownshire və Kirkcudbrightshire qraflıqlarını əhatə edən bir bölgə. Hal-hazırda Dumfries və Galloway şəhər idarəsi çərçivəsində idarə olunur. Coğrafiya Galloway qərbdə və cənubda dənizlə, şimalda Galloway Dağları ilə, şərqdə isə Nith çayı ilə sərhədlənir. Kirkcudbrightshire və Wigtownshire arasındakı sərhəd isə Cree çayı ilə müəyyən edilir. Bununla belə, bölgənin sərhədləri tarix boyunca böyük dəyişikliklərə uğramışdır. Əhali Gallowayın yerli sakinlərinə Gallovidian deyilir. Bölgə adını 10-cu əsrdə buraya yerlaşmış qarışıq Qal və Norveçli mənşəli xalq olan Gall-Gàidheil (yəni "yad Qallar") adından alır. Galloway, Şotlandiyanın Aşağı Torpaqlarının digər bölgələrinə nisbətən çox daha uzun müddət boyunca Gàidhealtachd (Qalların dili və mədəniyyəti) ərazisi olmuş və bölgədəki xüsusi yerli Şotlandiya Qalı dili ləhcəsi ən azı 18-ci əsrə qədər davam etmişdir. Galloway ərazisinin şimal hissəsi çox sərt və Britaniyanın dağlıq bölgələri xaricindəki ən böyük vəhşi təbiət ərazisini təşkil edir. Bu ərazi Galloway Dağları olaraq tanınır.


İstinadlar

Tarix : 13 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.