• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
fars-pisiyi-persian

Fars pişiyi (Persian)

Fars pişiyi (Persian) - Gözəl tük örtüyü və şirin görünüşü ilə (habelə iran pişiyi kimi tanınan) ev cinsi. Davranışı Sakit və ləng olan bu pişiklər hər gününü eyni yaşamağa hazırdır. Stres və ətraf mühitin dəyişilməsini sevmir. Bu pişiyə lazım olan tək şey isti yataq, yemək və sevimli sahibinin yanında olamasıdır. Fars pişiyi həm tək yaşayan insan, həm də mütləq özünə sevimli dost tapacağı böyük bir ailə üçün uyğundur. Müstəqillik nümayiş etdirərək, pişik üçün sevilən birinin yanında olduğunu bilməsi vacibdir. Persian pişiyi nadir hallarda miyovlayır, əgər onu narahat edən bir şey varsa, bunu baxışı ilə ifadə edəcəkdir. Bu xoş xasiyyətli ev pişiyi uşaqları çox sevir. Fars pişiyi uşağa zərər vermir, lakin heyvanla diqqətsiz davranmağa icazə verilməməlidir. Evdə başqa heyvanlar varsa, onların münasibətləri barədə narahat olmağa gərək yoxdur. Fars pişiyi çox mehriban olsa da, yad insanlara şübhə ilə yanaşır. Fars pişiyi ilə dost olmaq üçün zaman tələb olunur. Fiziki xüsusiyyətləri Bədəni orta və böyükdür. Güclü və əzələli bədən quruluşuna malikdir. Çiyinləri aydın görünür. Beli əyridir və budlara doğru bir az enir. Budları orta enlikdədir, çiyinlərdən bir qədər yuxarı yerləşibdir, quyruğa doğru əyilir. Döş qəfəsi enli və dərindir. Dişilərin çəkisi 3,5 kq və 5 kq arasında dəyişir, erkəklərin çəkisi 5-7 kq-a çata bilər. Baş və kəlləsi orta ölçülü, günbəzşəkillidir. Çənəsi yaxşı inkişaf etmişdir. Üzü genişdir, bığ yastıqları bir az yuvarlaqlaşdırılmışdır. Fars pişiyi geniş və yuxarı baxan buruna malikdir, pekines tipli pişiklərdə burun batıqdır. Alnı bir az yuvarlaqlaşdırılmışdır. Gözləri yuvarlaqdır və dərin yerləşib. Göz qapaqları aşağıdır. Qaşları qalındır. Gözlərin rəngi tük rənginə uyğundur. Yaşıl gözlər şinşilla, gümüşü və qızılı tük rənglərinə məxsusdur. Mavi gözlər kolor-point rəngdə rast gəlinir. Ağ pişiklərdə gözlər fərqli rəngdə ola bilər. Həddindən artıq göz yaşarması səbəbindən fars pişiyinin gözləri və üzü gündəlik gigiyena tələb edir. Arxa ayaqları ön ayaqalardan bir qədər uzundur. Əzələləri və sümükləri yaxşı inkişaf etmişdir. Pəncələri böyük və yuvarlaqdır. Barmaqları ətlidir, araları tüklüdür. Qqısa, qalın və bədənlə mütənasib quyruğa malikdir. Kiçik və dərin əsaslı, geniş yerləşmiş qulaqlara sahibdir. İran pişiyinin tükü yumşaq və uzundur (bədəndə 10 sm-ə qədər və yaxasında 20 sm-ə qədər), alt tük örtüyü qalındır. Fars pişiyinin tük örtüyü xeyli qulluq və xərc tələb edir. Naxışsız birrəngli, ikirəngli, tısbağa rəngi, dumanlı (ağ uclu), gümüşü, qızılı, şinşilla, sil-point, blü-point, tabbi, kolor-point rəngləri daha çox yayılmışdır. Qulluq və qayğı Fars pişiyinin sağlamlığı və gözəlliyi düzgün seçilmiş rasiondan asılıdır. Fars pişiyi üçün evdə hazırlanan təbii rasion fərdi ehtiyaclarını nəzərə alaraq baytar həkimi tərəfindən tərtib olunmalıdır. Bu cür təbii qidanı hazır yem ilə qarışdırmaq olmaz. Təlimi Fars pişiyi öyrədilməsi asan olan ağıllı cinsdir. Lakin onlar çox həssasdırlar: aqressiya və qışqırma heyvanın kövrək psixikasını sarsıda bilər. Pişiyin tərbiyəsi ilə kiçik yaşlarından məşğul olmaq lazımdır. Ev heyvanı anlamalıdır ki, əşyaları korlamaq və aqressiya göstərmək olmaz. Yanlış davranışın qarşısı alınmalıdır. Pişik ilə mümkün qədər çox ünsiyyət qursanız, o sizin nə zaman narazı olduğunuzu artıq səsinizdən anlayacaqdır. Fars pişiyi səhvlərindən tez dərs alır. Əgər pişiyin pəncələrini səhv yerdə itilədiyini görsəniz, dərhal onu caynaqyonana aparın və dirəkdən necə istifadə edəcəyini hərəkətlərlə göstərin. Tualet təlimi üçün eyni qaydaya əməl edin. Qeyd etmək lazımdır ki, bu canlılar qumu qazmağı çox sevir, buna görə də onlar üçün hündür arxalı pişik tualeti seçmək tövsiyə olunur. Sağlamlığı Bu cins nümayəndələrinin əksəriyyəti böyrək polikistozuna meyllidir. Bu canlılarda hipertrofik kardiomiopatiya kimi genetik xəstəlik də mövcuddur. Xəstəlik çətin diaqnoz olunur və əksər hallarda özünü heç cür büruzə vermir. Erkən yaşlarından bala pişikdə gözün torlu qişasının atrofiyası yarana bilər. Xəstəlik sürətlə inkişaf edir və 4 aya tam korluğa səbəb ola bilər.


İstinadlar

Tarix : 29 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.