• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
3
5
2
ejdaha-li-pisiyi

Əjdaha Li pişiyi

Əjdaha Li - Çin mənşəli yeni tanınmış ev pişiyi növü. Bu növ, Çində "líhuā māo" ('leopard naxışlı pişik') adlı yerli pişik növündən inkişaf etdirilmişdir. Yerli pişiklər bəzi Çin xalq əfsanələrində yer alır. Xüsusiyyətlər Əjdaha Li pişikləri qızılı-qəhvəyi rəngdə, qırıq zolaqlı (broken mackerel) naxışa malikdir. Fərqli qulaq ucları, iri, dəyirmi, badamşəkilli parlaq sarı/yaşıl gözləri və vəhşi təbiətini xatırladan güclü və dolğun bədən quruluşu ilə fərqlənir. Uzunluğu: 25-35 sm, çəkisi 4-5,5 kq olur. Mənşə Çin mətnlərində "líhuā māo" adı əfsanəvi təsvirlərə əsaslanır və bu pişiklər bəzən vəhşi tülkü ilə qarışdırılmışdır. Çin dilində "lí" "rakun", "huā" "naxış", və "māo" "pişik" mənasını verir. Bu pişiklər Çin folklorunda güc və uğur simvolu olan əjdaha ilə əlaqələndirilir. Sağlamlıq Əjdaha Li pişikləri ümumiyyətlə sağlamdır və əhəmiyyətli genetik xəstəliklərlə sahib deyillər. Təbii bir növ olaraq və seçilmiş xüsusiyyətlər üzrə yetişdirilmədiyi üçün, digər xalis növ pişiklərdə tez-tez rast gəlinən genetik problemlərdən azad olma ehtimalı yüksəkdir. Bununla belə, Çin xaricində bu pişiklərin sayının az olması səbəbindən, Əjdaha Li pişiklərinin sağlamlığı haqqında dəqiq məlumat toplamaq çətindir. Bu pişiklər 12-15 il ömrə sahibdirlər. Kiçik sağlamlıq problemləri aşağıdakılardır: 1. Bud və oynaqlarla bağlı problemlər 2. Diş əti xəstəlikləri 3. Ringworm (dəri zövhəri) Populyarlıq Əjdaha Li, 2004-cü ilin yanvarında Pekində standartlaşdırılmış bir növ kimi təqdim edilmişdir. "ABŞ Pişik Sevənlər Assosiasiyası" (ACFA)-nın məhkəmə üzvləri Dolores Kennedi və Barb Belanjer bu tədbirdə iştirak etmişdir. 2017-ci ilə qədər ABŞ-də cəmi dörd Əjdaha Li pişiyi qeydə alınmışdır. 2005-ci ildə Da Han tərəfindən təqdim edilən Needy adlı erkək pişik birinci yeri qazanmış və ənənəvi Çin toy mərasimi ilə cütləşdirilmişdir. Bu hadisə mediada geniş yer almışdır. 2010-cu ilin fevralında Əjdaha Li, "CFA" tərəfindən müxtəlif sinifdə nümayiş etdirilməyə qəbul edilmişdir. Beynəlxalq tanınma və məhdud mövcudluq səbəbindən Əjdaha Li pişikləri indi dünya üzrə pişiksevənlər arasında maraq doğurur.


İstinadlar

Tarix : 22 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.