- Wikisun
Dunnok (Prunella modularis) – Sərçəkimilərin ən kiçin nümayəndələribdən biri. Əsasən Avropada və Rusiyanın Asiya hissəsində yayılmışdır. Maraqlıdır ki, Dunnoklar Yeni Zelandiyaya da getməyi bacarmışlar. Bu quş, "accentor" ailəsinin ən geniş yayılmış üzvüdür. Digər "accentor" növləri dağ mühitlərini tərk etmirlər. Dunnok arxaik ingilis adları arasında "hedge accentor", "hedge sparrow", "hedge warbler" və "titling" vardır. Təsnifatı Dunnok 1758-ci ildə İsveçli təbiətşünas Karl Linnes tərəfindən "Systema Nature" əsərinin 10-cu nəşrində təsvir edilmişdir. O, bu quşa "Motacilla modularis binominal" adını vermişdir. Xüsusi epiteti Latın dilində "modularis" ("modulyasiya edən" və ya "oxuyan") sözündən alınmışdır. Bu növ indi fransız ornitoloqu Luis Pier Vieillot tərəfindən 1816-cı ildə təqdim edilmiş "Prunella" cinsində yer alır. "Dunnok" adı İngilis dilində "dun" (boz-brown, tünd rəngli) və kiçiltmə "ock" (beləliklə, orijinal olaraq "kiçik qəhvəyi quş") sözlərindən yaranmış, "accentor" isə post-klasik Latın dilindən alınmışdır və "başqa biri ilə oxuyan şəxs" mənasını verir. Prunella cinsinin adı alman Braunelle sözündən gəlir ki, bu da "dunnok" mənasını daşıyan, braun (qəhvəyi) sözünün kiçiltmə formasıdır. Növləri "hebridium" (Meinertzhagen, 1934) – İrlandiya və Hebrides (Şotlandiyanın qərb hissəsi) "occidentalis" (Hartert, 1910) – Şotlandiya (Hebrides istisna olmaqla), İngiltərə, Uels və qərbi Fransa "modularis" (Linnaeus, 1758) – Şimali və Mərkəzi, Cənubi-Şərqi Avropa "fuscata" (Mauersberger, 1971) – Cənubi Krım yarımadası (Qara dənizin şimal sahili) "euxina" (Watson, 1961) – Şimali və Qərbi Türkiyə "mabbotti" (Harper, 1919) – Iberiya yarımadası, Cənubi və Orta Fransa və İtaliya "obscura" (Hablizl, 1783) – Şimal-şərqi Türkiyə, Qafqaz və Şimali İran Xüsusiyyətləri Dunnok, robin ölçüsündə bir quşdur və adətən 13-14.5 sm uzunluğunda olur. Qəhvəyi bir arxası var və qara rənglə zolaqları var. Bu növün alt hissəsi boz-qəhvəyi dir və incə uclu bir dimdiyi var. Böyüklərdə bozumtul-boz baş var və hər iki cins bənzər rəngdədir. Gənc quşlar başda daha qəhvəyi olurlar. Həmçinin onlar "pambıq" tük örtüyünə malikdirlər. Dunnok, digər bənzər ölçülü kiçik qəhvəyi quşlardan fərqli olaraq, tez-tez qanad çırpır. Bu, "shufflewing" (qat-qat qanadlı) adının yaranmasına səbəb olmuşdur. Dunnokun əsas səsi, kəskin və davamlı "tseep" səsləri ilə yanaşı, qısa, zəif titrəyən bir notadır ki, bu da quşun qeyri-müəyyən mövcudluğunu göstərir. Onun mahnısı sürətli, incə və cingiltilidir, bir növ şirin quruldama olaraq səslənir. Ərazi qorunması Dunnoklar ərazi quşlarıdır və yuvalarına yaxınlaşan digər quşlarla münaqişəyə girməyə meyllidir. Erkəklər bəzən bir ərazini paylaşır və sərt bir üstünlük sırası nümayiş etdirirlər. Dişilərin ərazi sahələri demək olar ki, həmişə mücərrəd olur. Onlar adətətn cütləşməyə razı olduğu erkəklərin ərazisinə sahib olurlar. Dunnoklar dəyişkən cinsiyyətlə bağlı sistemlərə malikdir. Dişilər çox vaxt "polyandrous" (bir neçə erkək ilə cütlə.ə bilir), ki bu, quşlar arasında nadir bir haldır. Bu çoxlu cinsiyyət əlaqəsi sistemi erkəklər arasında "sperm mübarizəsinin" inkişafına səbəb olur. DNA izləri göstərir ki, bir nəslin içindəki balalar tez-tez fərqli atalara sahibdir, bu isə erkəklərin dişiləri "başdan çıxarma" etmə cəhdlərinə görə olur.
https://en.wikipedia.org/wiki/Dunnock
https://a-z-animals.com/animals/dunnock/
https://ebird.org/species/dunnoc1
https://www.britannica.com/animal/dunnock
https://www.rspb.org.uk/birds-and-wildlife/dunnock
https://www.inaturalist.org/taxa/13988-Prunella-modularis
https://www.nzbirdsonline.org.nz/species/dunnock
https://www.wildlifetrusts.org/wildlife-explorer/birds/larks-sparrows-pipits-wagtails-and-dunnock/dunnock
https://ebird.org/species/alpacc1?siteLanguage=tr
https://birdwatchireland.ie/birds/dunnock/
https://www.naturespot.org/species/dunnock
https://www.talking-birds.co.uk/the-ultimate-guide-to-dunnocks-everything-you-need-to-know/
Tarix : 21 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.