- Wikisun
Dokkaebi - Koreya mifologiyasında və folklorunda xüsusi yer tutan, əfsanəvi və mistik varlıq. Dokkaebilər cinlər və ya ruhlar kimi təsvir edilir. Onların fövqəladə gücləri və bacarıqları vardır və bu qabiliyyətləri vasitəsilə insanlarla əlaqə qururlar. Dokkaebilər bəzən insanlarla zarafatlaşır, bəzən isə onlara yardım edirlər. Əfsanələrdə onların müxtəlif formalarda, fərqli sifətlərdə və hətta min bir üzlü olduğu deyilir. Mənşəyi və tarixi Dokkaebilərin mənşəyi çox qədimlərə gedib çıxır. Onlar ilk dəfə silla dövrünə aid "Lady Dohwa və Bachelor Bihyeong" adlı hekayədə xatırlanmışdır. Bu hekayə qoryeo dövründə yazıya alınan "Üç Krallığın Yaddaşı" (Memorabilia of the Three Kingdoms) əsərində yer almışdır. Daha sonra coseon dövründə tərtib olunan müxtəlif folklor antologiyalarında Dokkaebilər haqqında məlumatlar geniş şəkildə verilmişdir. Dokkaebilərin mənşəyi insan ruhlarından deyil, köhnə məişət əşyalarından (qazan, süpürgə və başqa) və ya qanla ləkələnmiş obyektlərdən yaranır. Onlar bu xüsusiyyətləri ilə Koreya folklorundakı "gwishin" ( mənəvi ruh) anlayışından fərqlənir. Xüsusiyyətləri Dokkaebilərin fiziki görünüşü və xarakteristikası müxtəlif dövrlərdə fərqli təsvir edilmişdir. Onlar əsasən qorxunc, eyni zamanda heyrətləndirici şəkildə təsvir olunurlar. Ənənəvi olaraq dokkaebilərin simvolları qədim dam örtüklərinin üzərindəki naxışlarda təsvir edilmişdir. - Zarafatcıl və hiyləgər: İnsanlara oyunlar oynayır,məzələnir və onları aldadırlar. - Yardımsevər və xeyirxah: İnsanlara bol məhsul, zənginlik və yaxşı talelər gətirirlər. - Pis niyyətli və qorxulu: İnsanlara bədbəxtlik, yanğınlar və xəstəliklər gətirən hallarda təsvir edilirlər. Dokkaebilərin sehrli atributları arasında "dokkaebi gamtu" (görünməzlik bəxş edən papaq) və "dokkaebi bangmangi" (sehrli çubuq) xüsusilə məşhurdur. Onlar bu sehrli əşyaları vasitəsilə görünməz ola, istənilən şeyi bir anda öz yanlarına gətirə bilirlər. Növləri 1. Cham (Əsl dokkaebi): Əyləncəli və zarafatcıl. 2. Gae (Pis dokkaebi): İnsanlara zərər verməyə meyillidir. 3. Gaksi və Chonggak: İnsanları cəlb edən "subay" və ya "qız" dokkaebilər. 4. Oedari (Birayaqlı dokkaebi): Güləş yarışlarını sevir. 5. Kim seobang: Fermer kimi təsvir olunur. Mədəniyyətdə yeri Dokkaebilərin təsvirləri müasir mədəniyyət nümunələrində geniş yayılmışdır. Seriallar: Koreyada "Guardian: The Lonely and Great God" adlı məşhur serialda dokkaebi mövzusuna müraciət edilmişdir. Video oyunları: "Rainbow Six Siege" oyununda dokkaebi adında bir personaj var. O, texnologiyadan istifadə edərək düşmənlərini izləyə bilir. Pop: "CLC", "A.C.E" və "Stray Kids" kimi qruplar dokkaebi mövzusunu mahnılarında və kliplərində istifadə etmişdir. Ədəbiyyat: Dokkaebilər Sing Shong-un "Omniscient Reader's Viewpoint" və Yoon Ha Lee-nin "Dragon Pearl" əsərlərində yer alır.
https://en.wikipedia.org/wiki/Dokkaebi
https://honoraryreporters.korea.net/board/detail.do?articlecate=1&board_no=12032&tpln=1
https://riordan.fandom.com/wiki/Dokkaebi
https://www.ubisoft.com/en-gb/game/rainbow-six/siege/game-info/operators/dokkaebi
https://diaryofmelly.blogspot.com/2017/02/goblinin-kore-kulturundeki-yeri.html
https://mythlok.com/dokkaebi/
Tarix : 16 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.