- Wikisun
Dibbuk (Dybbuk) - Yəhudi folklorunda yer alan, xüsusən Şərqi Avropa ənənələrində tanınan mənfi ruh. Bu söz yəhudi dilində "bağlanma" və ya "yapışma" deməkdir. Folklora görə, dibbuk ölmüş bir insanın ruhudur və bu ruh, yaşayan bir insana yapışır, onun bədənini ələ keçirərək, onu idarə edir. Bu ruhun məqsədi, qisas almaq və ya öldüyü üçün tamamlaya bilmədiyi hər hansı bir işi tamamlamaqdır. Dibbukun əsas xüsusiyyətləri - İdarəetmə: Dibbukun əsas xüsusiyyəti, yaşayan bir insanın bədəninə keçərək onu idarə etməsidir. İnsan bu zaman öz hərəkətlərinin fərqində olmadan qəribə davranışlar edə bilir. - Bitməmiş işlər: Dibbuk, həyatında yerinə yetirilməyən bir şeyə, qisas və ya arxada qalan bir məqsədə görə ölümündən sonra dünyanı tərk etməyən ruhdur. Bu ruh, yaşayan insana yapışır, çünki sağlığında həll olunmamış məsələləri həll etmək onun üçün vacibdir. - Çıxarılma (Eqzorsizm): Yəhudi ənənələrində dibbukdan qurtulmaq üçün xüsusi dua və rituallar yerinə yetirilir. Bu ritualı çox vaxt bir ravvin aparır. Çıxarılma məqsədi həm ölmüş şəxsin ruhunun rahatlanmasını həm də yaşayan insanın ruhunun azad edilməsidir. - Dibbuk qutusu: Müasir dövrdə dibbukla bağlı ən məşhur fenomenlərədn biri "Dibbuk Qutusu"dur. Bu qutunun getdiyi evlərdə paranormal hadisələrin olduğuna inanılır. Mədəni əhəmiyyəti: Dibbuk, ədəbiyyatda, teatrda və kinoda tez-tez qarşımıza çıxır. Dibbukun ilk dəfə 16-cı əsrə aid əlyazmalarda göründüyü düşünülür. 1920-ci illərdə "The Dybbuk" adlı teatr pyesi, dibbuk konsepsiyasını ədəbiyyat və mədəniyyətdə geniş şəkildə tanıtdı. Bu pyesin motivləri əsasında 1937-ci ildə çəkilən Mixal Vaşinizkinin "The Dybbuk" adlı filmi, İdiş kinomatoqrafiyasının klassiklərindən biri kimi qəbul edilir.
https://en.wikipedia.org/wiki/Dybbuk
https://www.britannica.com/topic/dybbuk-Jewish-folklore
https://www.jewishvirtuallibrary.org/dibbuk-dybbuk
https://www.mahj.org/en/programme/dybbuk-phantom-lost-world-31248
https://www.salom.com.tr/arsiv/haber/90093/yahudi-mitolojisi-ve-folkloru-4-dybbuk
https://villains.fandom.com/wiki/Dybbuk
Tarix : 14 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.