- Wikisun
Despoina - Qədim Yunanıstanda ibadət edilən bir ilahə. O, Demetre və Poseydonun qızı, Arionun bacısı olaraq qəbul edilirdi. Despoinanın adı "Mistress" (Xanım) kimi tərcümə olunur. Mifologiya Mifə görə, Poseydon Demetreni görüb ona vurulur. Demetre onu istəmədiyi üçün özünün at formasında olan qədim formasına girir, lakin Poseydon at formasında olmasına baxmayaraq, ondan əl çəkmir. Bu birləşmədən Demetre Despoina adlı qız və Arion adlı məşhur at dünyaya gətirir. Demetrenin bu hadisədən qəzəblənməsi nəticəsində ona "Erinys" (qəzəbli) adı verilmişdir. Etimologiya Despoina adının kökü "Dem" sözündən yaranmışdır ki, bu da "ev" və "ev təsərrüfatı" mənasını ifadə edir. Bu kök, Latınca "domus" (ev) və "dominium" (hökumət) kimi sözlərlə əlaqəlidir. İkinci hissəsi isə "pot-niha" birləşməsində yaranıb və "xanım", "lady" və ya "arvad" mənasına gəlir. Ümumilikdə Despoina etimoloji olaraq "evin xanımı" mənasını verir. Müasir Yunan dilində "despoinis" (δεσποινίς) sözü "gənc xanım" və ya "ofisiant", "kiçik xanım" mənalarını verir. Mədəniyyətdə Despoinaya əsasən Arkadiyada yerləşən "Lycosura" məbədində ibadət edilirdi və bu məbəddə qədim dini ənənələrin izləri mövcuddur. Bu ilahə təbiət, doğum və ölüm ilə əlaqələndirilirdi. Despoinanın dini, yunan dilini ilk dəfə bu bölgəyə gətirən insanlarla yerli əhali arasında qarışmış inanclardan yaranmışdır. Misteriya mədəniyyətində Despoinaya, anası Demetre ilə birlikdə ibadət edilirdi və hər iki ilahə ən çox təbiəti təmsil edirdi. "Lycosura" məbədində müxtəlif rituallar və paltar dəyişmə mərasimləri yerinə yetirilirdi. Bu mərasimlər insan və heyvan formaları arasındakı əlaqəni simvolizə edirdi və təbiət gücləri ilə əlaqəli idi. "Lycosura" məbədində Despoina ilə əlaqəli müxtəlif heykəllər və divar rəsmləri tapılmışdır, o cümlədən Despoinanın məhşur örtüyü və insan fiqurlarının heyvan başları ilə nümayiş etdirildiyi ritual rəqs səhnələrini burda görmək olar. Arxeologiya Pausanias, ikinci əsrdə "Lycosura" məbədini i ziyarət etmiş və burada tapılan heykəllər haqqında məlumat vermişdir. "Lycosura" məbədi və digər tapıntılar, qədim yunan misteriya mədəniyyətlərinin öyrənilməsi üçün əhəmiyyətli sübutlar təqdim edir. Despoinanın örtüyü və digər əsərlər bu dövrün bədii və dini təsəvvürlərini əks etdirir. Bu əsərlər, müasir dövrə qədər qorunub saxlanmışdır və onların böyük əhəmiyyəti hələ də müasir arxeologiya və dini tədqiqatlar üçün dəyərli qalır.
https://en.wikipedia.org/wiki/Despoina
https://www.theoi.com/Georgikos/Despoine.html
https://www.britannica.com/biography/Despoina
https://greekgoddesses.fandom.com/wiki/Despina
https://mythus.fandom.com/wiki/Despoina
https://www.astrosafe.co/article/despoina
https://www.mitologiadesvendada.com/2024/06/despina-mitologia-grega-filha-de-demeter.html
Tarix : 21 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.