- Wikisun
Lithobates sphenocephalus və ya Rana sphenocephala - Ümumiyyətlə cənub bəbər qurbağası kimi tanınan, Ranidae fəsiləsinə aid orta ölçülü bir anuran növü. Təsvir Bu qurbağa 13 sm uzunluğa qədər böyüyür. Cinsi yetkinliyə çatmış erkəklərin orta uzunluğu 52,9 mm, dişilərin isə 63,8 mm olur. Rəngi yaşıl və ya qəhvəyi olub, belinin hər iki tərəfində sarımtıl zolaq var. Belində və yanlarında yuvarlaq tünd ləkələr var; hər bir qulaq pərdəsində isə açıq rəngli ləkə görünür. Tünd şəbəkə ilə yanaşı, onların tünd piqmentləri və uzunsu xüsusiyyətləri var. Erkəklərin ön ətrafları dişilərdən daha böyükdür. Çoxalma dövründə erkəklərin səs kisələri şişirildikdə qlobus şəklində olur. Səsi "dişli trill", "gülüşə bənzər qurultu" və ya "şırıldayan balon səsi" kimi təsvir edilir. Çoxalma Larvası ləkəlidir və gözləri başının üst hissəsində yerləşir. Yetişkinliyə çatmazdan əvvəl 7,6 sm uzunluğa qədər böyüyür. Dişi, yumurta kütləsi qoyur ki, bu kütlə yumurtanın çatma vaxtı yaxınlaşdıqda "beysbol topu ölçüsündə" olur və 1500-ə qədər yumurta ehtiva edir. Bəzi sürfələr, yumurtalar və embrionlar inkişaf dövründə pestisidlərə məruz qala bilər, bu da əhəmiyyətli ölüm və inkişaf qüsurlarına səbəb olur. Ekologiya və davranış Bu qurbağa müxtəlif növ dayaz şirin su mühitlərində və bəzən bir qədər duzlu sularda yaşayır. Adətən ot örtüyü və aşağı gölgəliyi olan daha rütubətli mühitləri seçirlər. Adətən suya yaxın yerlərdə tapılır, lakin uzun müddət quru ərazidə də qala bilir. İsti aylarda əksər vaxtını sudan uzaqda keçirir. Əsasən gecə fəaldır, lakin gündüz və gecə, xüsusilə yağış zamanı fəal ola bilər. Qış və yaz aylarında, bəzən isə payızda çoxalır.
https://mdc.mo.gov/discover-nature/field-guide/southern-leopard-frog
https://www.floridamuseum.ufl.edu/discover-herps/florida-frog-calls/southern-leopard-frog/
https://www.chesapeakebay.net/discover/field-guide/entry/southern-leopard-frog1
https://www.tn.gov/twra/wildlife/amphibians/frogs-and-toads/southern-leopard-frog.html
https://herpsofnc.org/southern-leopard-frog/
https://www.inaturalist.org/taxa/60341-Lithobates-sphenocephalus
https://www.ncwildlife.org/education/southern-leopard-frog-wildlife-species-profile/download?attachment
Tarix : 21 fevral 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.