- Wikisun
Burk tutuquşusu (Bourke's parrot) - Həmçinin mavi quyruqlu tutuquşu, gün batımı tutuquşusu, çəhrayı qarınlı tutuquşu və ya "Bourkie" kimi tanınan, Avstraliyada yaşayan kiçik tutuquşu cinsinin yeganə növü. Xüsusiyyətləri Uzunluğu 18-23 sm arasında dəyişir, quyruğu isə təxminən 9 sm-dir. Bu növün dişiləri erkəklərdən bir qədər kiçik olur. Erkəklərin çəkisi 47-49 q, dişilərinin çəkisi isə 41-49 q arasındadır. Hər iki cinsin görünüşü 9 aya qədər çox oxşardır, tam tük rənginə sahib olduqdan sonra isə seçilirlər. Ayaqları tünd qəhvəyidir və ziqodaktil (yəni iki barmağı irəli, iki barmağı isə arxaya baxan) barmaqları var. Dimdiyi sarımtıl-qəhvəyi rəngdədir. Taksonomiya Adı 1835-ci ildə Yeni Cənubi Uelsdə quşu görən Tomas L. Mitçelldən gəlir.Mitçel növlərin adını o zamankı ştatın qubernatoru Ser Riçard Burkun şərəfinə qoyub.Ornitoloq Con Quld 1841-ci ildə Burk tutuquşuunun ilk elmi təsvirini yazmışdır. Quld əvvəlcə növləri Euphema bourki kimi təsnif etdi, lakin sonradan tamamilə ot tutuquşularından ibarət olan Neophema cinsinə aid edildi. Yaşayış yeri Burk tutuquşularının vətəni Avstraliyadır. Bu növ tutuquşular qida mənbəyi axtarmaq adına geniş ərazilərə yayılıblar. Burk tutuquşuna əsasən əhalinin az məskunlaşdığı ərazilərdə rast gəlinir. Lakin onların şəhər yerlərində də məskunlaşdıqları məlumdur. Burk tutuquşularının əsas yaşayış yeri akasiya növlərinin üstünlük təşkil etdiyi ərazilərdən, xüsusən də mulga və spinifex düzənliklərindən ibarətdir Təhlükə Burk tutuquşu IUCN tərəfindən təhlükə altında olanlar siyahısında deyil. Bu xüsusi növün üzləşdiyi əsas təhdid Avropadan gətirilən qırmızı tülkülər (Vulpes vulpes) və vəhşi pişiklər (Felis silvestris) tərəfindən ovlanmalarıdır. Bununla belə, saylarda nəzərə çarpacaq azalma olmayıb. Əksinə onlar durmadan artır. Bu, çox güman ki, onların yaşayış yerlərinin indiyə qədər çox geniş yayılmış olması və digər tutuquşu növləri ilə müqayisədə yırtıcılarla az təmasda olması ilə əlaqədardır.
https://en.wikipedia.org/wiki/Bourke%27s_parrot
https://lafeber.com/pet-birds/species/bourkes-parrot/?srsltid=AfmBOopZiYWlA6pWQ-XG7bRGhk7kdgkU9U9_6AgQyIto-m9JtVAxNkTT
https://ebird.org/species/boupar2
https://australian.museum/learn/animals/birds/bourkes-parrot/
https://www.lpzoo.org/animals/bourkes-parrot/
Tarix : 6 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.