- Wikisun
Broks qanunu - "Gecikmiş proqram layihələrinə əlavə insan gücü cəlb etmək, onları daha da gecikdirir" ifadəsi ilə tanınan prinsip. Bu qanun 1975-ci ildə Fred Brooksun "The Mythical Man-Month: Essays on Software Engineering" adlı kitabında təqdim edilmişdir. Brooks, IBM-in OS/360 əməliyyat sistemi layihəsindəki təcrübələrindən ilhamlanaraq, proqram layihələrinin planlaşdırılması və idarə edilməsi proseslərində rast gəlinən çətinlikləri izah etmişdir. Əsas prinsiplər Broks qanunu iddia edir ki, proqram layihəsinin vaxtında bitməsi üçün əlavə insan resursları cəlb edildikdə, bu proses layihənin tamamlanmasını sürətləndirmək əvəzinə, daha çox gecikmələrə səbəb ola bilər. Bunun başlıca səbəbi aşağıdakı amillərlə izah olunur: 1. Koordinasiya problemləri: Hər yeni komanda üzvü əlavə edildikcə, mövcud komanda ilə əlaqələrin sayı artır və bu da daha çox ünsiyyət və koordinasiya tələbləri yaradır. "n" nəfərdən ibarət komanda üçün əlaqələrin sayı n(n-1)/2 düsturu ilə hesablanır ki, bu da layihənin idarə olunmasını mürəkkəbləşdirir. 2. Öyrənmə prosesinin zaman alması: Yeni üzvlər layihənin mövcud strukturu və texniki detalları ilə tanış olmaq üçün vaxt sərf etməlidirlər. Bu müddət ərzində onların məhsuldarlığı aşağı olur və layihənin təxirə salınması riski artır. Bundan əlavə, mövcud komanda üzvləri də yeni üzvləri öyrətməyə vaxt ayırmalı olur, bu da ümumi işin gedişatını yavaşladır. 3.İşlərin paralelləşdirilməsi: Proqram mühəndisliyindəki bütün tapşırıqlar paralel şəkildə yerinə yetirilə bilməz. Bəzi vəzifələr digər işlərin tamamlanmasını gözləyir və bu, layihənin daha çevik idarə olunmasına mane olur. Qanunun məhdudiyyətləri Qanun ümumi bir prinsip olaraq, hər vəziyyət üçün tətbiq edilə bilməz. Əgər layihə müstəqil modullardan ibarətdirsə və tapşırıqlar asanlıqla bölünə bilirsə, əlavə insan gücü layihənin sürətlə tamamlanmasına kömək edə bilər. Lakin, mürəkkəb və sıx əlaqəli proqram layihələrində bu qayda daha çox əhəmiyyət kəsb edir. Broksun təklifləri 1.Planlaşdırmanı yaxşılaşdırmaq: Layihənin başlanğıcında realistik planlar və gözləntilər formalaşdırılmalıdır. Gözlənilməz çətinliklərə qarşı çevik olmaq da vacibdir. 2.Modullara bölmək: Proqram layihəsini müstəqil və asan idarə olunan modullara bölmək, paralel işləməyi və daha səmərəli layihə idarəçiliyini təmin edə bilər. 3.Risklərin idarə edilməsi: Layihə boyu potensial riskləri nəzərə alaraq, bu riskləri minimuma endirmək üçün qabaqcıl tədbirlər görülməlidir. Müasir texnologiyalarda tətbiqi Müasir proqram mühəndisliyi praktikasında, o cümlədən Agile və Scrum kimi çevik metodologiyalarda, Broks qanununun təsirləri nəzərə alınır. Bu metodologiyalar kiçik və özünüidarə edən komandaların yaradılmasını tövsiyə edir, bu da koordinasiya problemlərinin qarşısını almağa kömək edir.
https://evrimagaci.org/brooks-yasasi-geciken-isi-bir-an-once-bitirmek-icin-personel-atamak-isi-daha-da-fazla-geciktirebilir-13221
https://deviq.com/laws/brooks-law
https://codescene.com/blog/visualize-brooks-law/
https://az.linkedin.com/posts/toghrulhajiyevv_brooks-qanunu-activity-7013035675927126016-giV_
Tarix : 1 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.