- Wikisun
Bifrost - Asqardı Midqard ilə birləşdirən, Norveç tanrılarına ölümlülər aləminə giriş imkanı verən rəngarəng körpü. "Aesir" tanrılarından olan və iti görmə qabiliyyətinə sahib Heymdal, körpünün girişlərini qoruyurdu. Etimologiyası Alim Endi Orçhardın fikrincə "Bifrost" termini, "Bilrost" sözündən yaranmışdır. Bu terminin sabit hissəsi "rost" "parıldayan", "Bil" isə "bir anlıq" mənasını bildirir, bu da göyqurşağının keçici olduğunu simvolizə edir. Bifrost "parıldayan körpü" və ya "qısa müddətə mövcud olan körpü" olaraq tərcümə olunur. Birbaşa körpü anlamını verən söz olmasa da, Endi Orçhard "Bir anlıq parıldayan" anlamının göy qurşağına, göy qurşağının da körpüyə işarə olduğunu vurğulayır. Körpü doğrudan da, göy qurşağı ilə çox oxşardır. Avstryalı alim Rudolf Semekin fikrincə "Birfros" sözü "Cənnətə aparan yol" mənasını verir. Mədəniyyət Riçard Vaqnerin 1869-cu ildə yazdığı "Das Rheingold" operasının son səhnəsində tanrı "Froh" Bifrostu çağırır və tanrılar Valhallaya daxil olmaq üçün onun üzərindən keçirlər. Con Tolkinin əsərlərindən birində dünya yenidən qurulduqdan sonra ölməz Elflərə, itirilmiş Valinor cənnətinə getməyə imkan verən "Köhnə Düz Yol" Bifrost adını daşıyır. Bifröst "Marvel Comics" personajı Tor ilə əlaqəli komikslərdə və həmin komikslərin müxtəlif bölümlərində görünür. "Tor" filmində Ceyn Foster Bifrostu Eynşteyn-Rozen körpüsü kimi təsvir edir və bu körpüdən qısa müddət ərzində kosmosa getmək vasitəsi kimi istifadə edir.
https://en.wikipedia.org/wiki/Bifr%C3%B6st
https://mythopedia.com/topics/bifrost
https://www.britannica.com/topic/Bifrost
https://mitoloji.org.tr/bifrost-cenneti-ve-dunyayi-birlestiren-kopru/
https://www.mitolojisi.com/bifrost-koprusu/
https://www.historyofbridges.com/mythological-bridges/bifr%C3%B6st/#google_vignette
https://creator.nightcafe.studio/creation/l1zz0taFaGYF4FYd3ZNW
Tarix : 18 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.