• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
barbet-iti

Barbet iti

Barbet - Fransaya məxsus orta ölçülü it. Nadir cinslərdən biridir. Cinsin adı Fransızca "barbe" sözündən gəlir ki, bu da "saqqal" deməkdir. Xüsusiyyətləri Barbet uzun, yunlu və buruq tüklü bədənə sahibdir. Tükləri davamlı olaraq böyüyür. Bu səbəbdən müntəzəm olaraq kəsilməli və təmizlənməlidir. Əks halda tükləri bir-birinə dolaşır. Çox vaxt barbet, qara və ya qəhvəyi olur. Bəzən ağ ləkələrə rast gəlmək olur. Nadir hallarda sarışın, boz, tünd qəhvəyi rəngdə olan fərdləri olur. Erkək barbet adətən 53-64 sm hündürlükdə və 18-27 kq ağırlığında olur. Dişiləri isə adətən 51-58 sm hündürlükdə və 14-23 kq ağırlığında olur. Barbet dost canlısı, itaətkar və ağıllı cinsdir. Üzməyi və suda oynamağı çox sevir. Onlar ov zamanı ,sahibi tərəfindən vurulmuş su quşlarını tapıb gətirmək vərdişinə yiyələnmişdir. Fransada, barbet "test d'aptitudes naturelles (TAN)" adı verilən və vurulub suya düşmüş ovları sudan çıxarıb gətirmə testindən keçməyi bacarmışdır. Son dövrlərdə onlara "brevet de chasse à l'eau (BCE)" adlı ümumi ov iti testi üçün iştirak etməyə icazə verilmişdir. Barbet nisbətən sağlam cinslərdir və 13-15 il ömür sürürlər. Onlarda "hip displaziyası", "epilepsiya" və uzun qulaqları olan digər itlərdəki kimi qulaq infeksiyaları müşahidə edilir. Barbet, nadir bir cins olduğu üçün genetik müxtəliflik məhduddur. Tarixi Barbet, bu günə qədər mövcud olan nisbətən nadir və son dövrlərdə inkişaf etmiş bir cinsdir. Əsrlər boyu bu cins müxtəlif formalarda mövcud olmuş, bəzən yalnız yoldaş və ya mühafizə iti kimi xidmət etmişdir. Quş ovu zamanı olan bacarıqları üzə çıxdıqdan sonra barbet, Fransanın bataqlıqlarında, yaşıl sahələrində, çaylar boyunca və sahil bölgələrində çox qiymətlənmişdir. Ov zamanı bataqlıqlarda palçığa batması 19-cu əsrdə məşhurlaşmış olan "muddy as a barbet" (Barbet qədər çirkli) ifadəsini meydana gətirmişdir. 18-ci əsrin sonlarından 19-cu əsrin əvvəllərinə qədər quş ovunda istifadə edilən itlər Fransada barbet, İtaliyada Barbone və Almaniyada Pudel kimi tanınırdı. Maraqlıdır ki, təxminən 100 il ərzində barbetlər və pudellər eyni cins hesab olunurdu. II Dünya Müharibəsindən sonra bu cins demək olar ki, məhv olmuşdu. 1970-ci illərdə, fransalı yetişdiricilər bu cinsi canlandırmağa çalışdılar. 1975-2001-ci illər arasında Fransada 307 barbet qeydiyyata alındı. Pudel və digər cinslərlə çarpaz cütləşmə nəticəsində müasir barbet almaq mümkün olmuşdu. Müasir barbetlər köhnələrə nisbətən daha hündür cins oldular. 2001-ci ildə, ilk barbet Birləşmiş Krallığa gətirildi, lakin çoxala bilmədi. 2007-ci ildə Fransadan iki bir-biri ilə əlaqəsi olmayan barbet gətirildi. İndiki vaxtda Birləşmiş Krallıqdakı barbetlərin əksəriyyəti bu iki barbetin nəslindəndir. Hal hazırda barbetlərə, Fransa, Niderland, Kanada, Polşa və İsveçdə daha çox rast gəlinir. 2018-ci ildə Birləşmiş Krallıqda təxminən 140 barbet yaşayırdı. Onların əksəriyyəti ev heyvanı olaraq saxlanılır, lakin kiçik bir qismi müntəzəm olaraq ov və axtarış-xilasetmə işləri üçün istifadə olunur. 2014-cü ildə iki Britaniya barbeti, itlərin gözəllik yarışmasında "Fransız Çempionu" statusu qazanmışdır.


İstinadlar

Tarix : 21 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.