• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
baiji

Baiji

Baiji (Lipotes vexillifer) — Çinin Yanszı çayı sisteminə xas olan və nəsli tükənmiş olan şirin su delfini. İnsan təsirindən tükənən ilk delfin növü olduğu düşünülür. Baiji, Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN) tərəfindən "kritik təhlükədə olan və tükəndiyi düşünülən" olaraq siyahıya alınmışdır və son 2006-cı ildən bəri heç bir nümayəndəsi görülməmişdir. Baiji, yerli balıqçılar və dənizçilər tərəfindən "Yanszı İlahəsi" kimi qəbul edilirdi Xüsusiyyətləri Baijilər, ilin birinci yarısında çoxalmağa başlayır və ən çox balıq doğulma mövsümü fevraldan aprelə qədər olurdu. Aparılan araşdırmalara görə, Baiji növünün 30%-lik bir hamiləlik nisbəti var idi və hamiləlik müddəti 10-11 ay arasında dəyişirdi. Doğulan balalar 80-90 sm uzunluğunda olur, 8-20 ay arasında ana südü ilə qidalanırdılar. Erkək Baijilər 4 yaşında cinsi yetkinliyə çatarkən, dişiləri 6 yaşında yetkin olurdu. Yetkinlik yaşına çatmış erkəklər 2.3 m uzunluğunda, dişilər isə 2.5 m uzunluğunda olurdular. Ən böyük nümunə isə 2.7 m uzunluğunda idi. Baiji, 135-230 kq arasında çəkisi olan və təbiətdə təxminən 24 il yaşayan bir növ idi. Bel tərəfi açıq mavi ilə boz rəngdə, qarın tərəfi isə ağ rəngdə idi. Uzun və azca yuxarıya doğru qıvrılmış burnu, hər iki çənəsində isə 31-36 dişi var idi. Yaşadığı ərazi Tarixən Baiji, Yanszı çayının orta və aşağı hissələrində, 1,700 km-lik bir ərazidə yayılmışdı. Lakin bu paylanma ərazisi sənayeləşmənin təsiri ilə bir neçə yüz kilometr azalaraq, yalnız Yantszı çayının əsas kanalında qalmışdır. Baiji, eyni zamanda Poyang və Dongting göllərində və Qiantang çayında da yayılmışdır. Yanszı çayı boyunca yaşayan insan sayının çoxluğu bu çayın ekosistemini təzyiq altına salmışdır. Tükənməsi Baiji, 2006-cı ildə sonuncu dəfə göründükdən sonra, beynəlxalq mütəxəssislər və tədqiqatçılar, növün tükəndiyini təsdiq etmişlər. 2007-ci ildə Çinli bir şəxs Yanszı çayında böyük bir ağ heyvanın üzdüyünü videoya çəkdi, amma bu heyvanın Baiji olması ehtimalı az idi. Çünki yalnız bir və ya bir neçə yaşlı heyvanın olması, növün real olaraq tükənməsinə mane ola bilməzdi. Baiji növünün qeydiyyata alınmış sonuncu nümayəndəsi olan Qiqi, 2002-ci ildə vəfat etmişdir. Mədəniyyətdə Çində üzərində Baiji təsviri olan bir çox poçt markası və pulqabı hazırlanmışdı. "Minecraft" oyununun 2018-ci ildə baş tutan "Minecon Earth" adlı tədbirində, çinli oyunçuların oyuna Baiji fiqurunun əlavə edilməsi təklifi qəbul olunmuşdur. 2024 "Hangzhou Super Cup" adlı kanoe yarışmasının maskotu "Tun-Tun" adlı Baiji idi.


İstinadlar

Tarix : 19 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.