• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
2
2
4
0
antlofobiya

Antlofobiya

Antlofobiya (ing. Anthophobia) – İnsanların çiçəklərə və ya çiçək açan bitkilərə qarşı qeyri-adi və hədsiz qorxusu olan spesifik bir fobiya. Mahiyyəti Bu fobiya əsl təhlükə yaratmayan bir şeyə qarşı hədsiz qorxu hissi ilə xarakterizə olunur. Antlofobiya insanın gündəlik həyatına mənfi təsir göstərə bilər, çünki çiçəklər bir çox yerdə, evlərdə, bağçalarda, park və hətta ictimai yerlərdə geniş yayılmışdır. Səbəblər 1. Travmatik təcrübələr: Keçmişdə çiçəklərlə bağlı pis bir hadisə yaşamaq (məsələn, güclü allergik reaksiya, sancma və ya zəhərlənmə).Çiçəklərlə əlaqəli qorxunc bir vəziyyətin şahidi olmaq 2. Psixoloji və genetik faktorlar: Ailə üzvlərində fobiya və ya anksiyete pozuntuları varsa, insanın da antlofobiyaya meyilli olması ehtimalı daha yüksəkdir.Beyində qorxu ilə əlaqəli mexanizmlərin həddindən artıq aktiv olması 3. Uşaqlıqda formalaşmış qorxular: Uşaqlıqda valideynlərin və ya yaxın ətrafın çiçəklərlə bağlı ehtiyatlı və ya qorxulu davranışlar sərgiləməsi Simptomlar Çiçəkləri gördükdə və ya onlar haqqında düşündükdə güclü narahatlıq hissi, çiçəklərə toxunmaqdan və ya onlara yaxın olmaqdan çəkinmək kimi hisslər psixoloji simptomlara aiddirr. Sürətli ürək döyüntüsü, tərləmə, titrəmə, baş gicəllənməsi, nəfəs darlığı, həzm problemləri, panik atak, boğulma hissi isə fiziki simptomlara aiddir. Müalicə 1. Koqnitiv davranış terapiyası (KDT): Bu terapiya insanın çiçəklərlə bağlı mənfi düşüncələrini dəyişdirməyə və onlarla qarşılaşarkən daha sakit qalmasına kömək edir. Məsələn, psixoloq çiçəklərin zərərsiz olduğunu sübut etmək üçün insanın qorxularını analiz edib, daha məntiqli və rasional düşüncələr formalaşdırmasına yardım edir. 2. Ekspozisiya terapiyası: Qorxunu azaltmaq üçün insan tədricən çiçəklərlə qarşılaşdırılır.İlk öncə çiçək şəkillərinə baxmaq, sonra isə canlı çiçəklərə yaxınlaşmaq kimi mərhələli proses həyata keçirilir.Bu metodun məqsədi beyində çiçəklərə qarşı olan qorxu reaksiyasını zəiflətməkdir. 3. Dərman müalicəsi: Ağır hallarda psixiatr tərəfindən qorxu və anksiyeteni azaltmaq üçün dərmanlar təyin edilə bilər (məsələn, anksiyolitiklər və ya antidepresantlar). Ancaq dərmanlar əsas müalicə üsulu deyil və adətən terapiya ilə birlikdə istifadə edilir. 4. Relaksasiya və nəfəs texnikaları: Dərin nəfəs alma və meditasiya texnikaları qorxunu idarə etməyə kömək edə bilər.Yoqa və meditasiya kimi rahatlama üsulları bədənin stress reaksiyasını azaltmağa kömək edir. 5. Dəstək qrupları və psixoloji dəstək: Antlofobiyaya sahib olan insanlar üçün dəstək qruplarına qoşulmaq faydalı ola bilər.Ailənin və dostların anlayışlı olması və insanı dəstəkləməsi qorxunun öhdəsindən gəlmək üçün vacibdir.


İstinadlar

Tarix : 7 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.