- Wikisun
Androctonus australis (Səhra əqrəbi) - Şimalı Afrika və Yaxın Şərq ərazilərində yayılmış olduqca zəhərli əqrəb növü. Onlar adətən səhra və yarımsəhra ərazilərdə yaşayırlar. Yayılması Afrika (Misir, Liviya, Algeriya, Somali, Sudan, Tunis) və Asiya (Hindistan, İsrail, Pakistan, Səudiyyə Ərəbistanı, Yəmən,İraq,Suriyya). Yaşayış yeri Bu əqrəb, isti və quraqlıq yaşayış sahələrində,çöl ərazilərində, daşlı torpaqlarda, kaktus kollarında, quru dağlıq ərazilərdə və yüksək bölgələrdə rast gəlinir. Eyni zamanda, hərəkət edən qum təpələrinin dik yamaclarında da tapıla bilər.Bu əqrəblər rütubətli sahil ərazilərindən qaçırlar. Onlar böyük yuvalar qazmır, amma daşların altına və təbii çatlara gizlənirlər.Çox təəssüf ki, bu növ əqrəblər tez-tez insan yaşayış yerlərinə yaxın ərazilərdə (daş və kərpicdən tikilmiş divarlardakı çatlarda və s.) rast gəlinir. Təsvir və davranış Androctonus australis orta ölçülü əqrəbdir və 10 santimetrə qədər böyümə qabiliyyətinə malikdir. Onun çox qalın və güclü quyruğu var.Hücum edərkən və ya özünü müdafiə edərkən daha yaxşı görmək üçün günbəzinin kənarlarında zolaqlar var. Bu heyvan gecəlik vərdişə malikdir, gündüzlər rütubətli və qaranlıq yerlərdə gizlənir, gecələr isə ovlamağa çıxır, böcəklər, kiçik kərtənkələlər və hətta kiçik məməlilər ilə qidalanır. Bu növdə kanibalizm (ac qaldıqda öz nəslinin nümayəndələrini yemək,onlar ilə qidalanmaq) halları müşahidə olunub. O, əsasən çöllərdə və quru ərazilərdə tapılır. Zəhər Androctonus australis əqrəbi öz növünün ən güclü zəhərinə malikdir, əsasən neyrotoksinlər, kardiotoksinlər və miyotoksinlərdən ibarətdir və əlavə olaraq hemtoksinlər də mövcuddur. Zəhərlədiyi insanlarda ölüm adətən ürək və tənəffüs çatışmazlığı səbəbindən baş verir, bəzən isə beyin qanaması, orqan funksiyasının pozulması və şok səbəbindən olur. Bu növün LD50 qiyməti 0.32 mg / kg dərialtı yolla tətbiq edildikdə müəyyən edilmişdir.
https://www.inaturalist.org/taxa/197001-Androctonus-australis
https://web.archive.org/web/20050116162831/http://www.cmpg.unibe.ch/pdf/03GantenbeinMPE.pdf
https://www.economist.com/node/21545971
https://www.ntnu.no/ub/scorpion-files/a_australis.php
https://web.archive.org/web/20170702174255/https://www.acq.osd.mil/eie/afpmb/docs/lhd/venomous_animals_byspecies.pdf
https://www.shutterstock.com/search/androctonus-australis
https://www.ntnu.no/ub/scorpion-files/a_australis_med.php
https://www.sciencedirect.com/topics/agricultural-and-biological-sciences/androctonus-australis
https://www.gbif.org/species/6894141
https://www.researchgate.net/figure/Androctonus-australis-Original_fig5_348662540
https://www.ntnu.no/ub/scorpion-files/a_australis.php
Tarix : 24 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.