• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
amazon-agac-boasi

Amazon ağac boası

Amazon ağac boası (lat. Corallus hortulana) - "Bağ ağac boası" və ya "Macabrel" adları ilə də tanınan boa növü. Bu növ Cənubi Amerikada yayılmışdır. Əvvəllər "Corallus hortulanus" və "Corallus hortulanus cooki" kimi iki tanınmış alt növü var idi. Sonradan bu növ taksonomik olaraq yenidən təsnifat edilmiş və bir neçə növə ayrılmışdır. Amazon ağac boası əsasən gecələr aktiv olub, ağacda yaşayan bir növdür, amma yerdə də bəslənmə və çoxalma davranışları müşahidə edilmişdir. Bütün boalar kimi, bu növ də zəhərli deyil. Xüsusiyyətləri Yetkinlər orta hesabla 1.5-2 metr uzunluğunda olur. Bu növ müxtəlif rəng və naxışlara malikdir. Əsas rəngləri qara, qəhvəyi, boz, qırmızı, narıncı, sarı və ya bu rənglərin birləşmələrində ola bilər. Başları gözlərdən uzanan beş tünd zolaqla örtülüdür. Gözlər sarımtıl, boz və ya qırmızımtıl rəngdə ola bilər və gecə vaxtı işıq əks etdirən membrana malikdir. Bəziləri naxışsız, bəziləri sadəcə xəttlər, zolaqlar və ya "V" formasında naxışlarla bəzədilmişdir. Bəzi qırmızı fərdlərin üzərində sarı naxışlar, bəzi sarı fərdlərin üzərində isə qırmızı və ya narıncı naxışlar mövcuddur. Dilləri isə qaradır. Erkək və dişi fərdlər ölçü və naxışlar baxımından oxşardır. Ən uzunları 2 metrə çatsa da, ortalama uzunluqları 1.5 metrdir. Həmçinin, "anal spur" adı verilən kiçik, dırnağa bənzər qığırdaqları var. Alimlər bu qığırdaqların onların keçmişdə ayaqlara sahib olması ehtimalından irəli gələ biləcəyini söyləyir. Coğrafi yayılma Amazon ağac boasının yayılma arealı ümumilikdə Cənubi Amerika götürülür. Ən çox isə Braziliyada rast gəlinir. Amazon ağac boaları müxtəlif yaşayış mühitlərində tapıla bilir. Onlar yüksək rütubətli Amazon meşələrində yayılıblar. Bununla yanaşı, quru ərazilərdə, məsələn, savanna və ya quru meşələrdə də rast gəlinə bilər. Adətən ağaclarda və ya digər hündür bitkilərdə, yerin 2 metr və ya daha yüksək səviyyələrində yaşayırlar. Ümumi götürsək onlara 0 ilə 900 metr hündürlükdə rast gəlməyimiz mümkündür. Amma 300 metrdən daha yüksək yerlərdə daha az rast gəlinir. Qidalanma Bütün boalar kimi, Amazon ağac boaları da ovlarını boğaraq öldürürlər. Uzun dişləri, ağaclarda hərəkət edərkən havada ola biləcək ovlarını tutmağa kömək edir. Vəhşi təbiətdə bu növ, quşlar, sürünənlər, amfibiyalar, məməlilər və hətta balıqlarla qidalanırlar. Bir çox fərd öz bədən çəkisinin 20%-ə qədər olan heyvanlarla qidalanarkən, xüsusi böyük fərdlərin 40-95% bədən çəkisindən böyük heyvanlarla qidalandığı müşahidə olunmuşdur. Ağırlıq baxımından yetkinlər daha böyük , gənc fərdlər isə nisbətən kiçik heyvanlarla qidalanır. Genetik olaraq, gənc fərdlərin sürünənlər və amfibiyalar ilə, yetkinlərin isə əsasən quşlar və məməlilərlə qidalandığı sübut olunmuşdur. Çoxalma Amazon ağac boaları, digər boalar kimi canlı bala dünyaya gətirir. Amazon ağac boalarının çoxalma mövsümü fərqli ərazilərdə dəyişə bilər və bu dəyişikliklər qida mövcudluğu və mövsümi şəraitlə əlaqələndirilir. Cütləşmə zamanı, erkək dişinin ətrafında bədəninin təxminən 30%-ni sarıyır, başını dişinin boynuna və başına sürtərək hərəkət edir. Cütləşmə prosesi təxminən 37 dəqiqə müddətində davam edir. 6-7 aylıq hamiləlikdən sonra, dişi 2-dən 29-dək bala doğur. Onların uzunluğu 28.2-64.4 sm arasında dəyişir. Növün geniş yayılmasına və nisbətən çoxluğuna baxmayaraq, Çoxalma davranışları barədə çox az şey məlumdur. Maraqlıdır ki, əsasən ağacda yaşayan və gecə aktiv olan bu növ, həm gündüz, həm də gecə, həm ağacda, həm də yerdə cütləşmə davranışı göstərmişdir.


İstinadlar

Tarix : 21 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.