• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
alibertia-patinoi

Alibertia patinoi

Alibertia patinoi - Ümumiyyətlə borojó kimi tanınan, 2-5 metr hündürlüyündə olan kiçik, iki evcikli tropik yağış meşəsi ağacı. Rubiaceae (qızılgülçiçəklilər) ailəsinə daxil olan azsaylı yeməli meyvə verən növlərdən biridir. Borojó, dünyanın ən nəmli düzənliklərinə (Chocó–Darién rütubətli meşə ekosistemi) aid olub, Kolumbiyanın şimal-qərbindəki Chocó bölgəsində və Ekvadorun şimal-qərbindəki Esmeraldas bölgəsində yetişir. Borojó sözü Emberá dilində "boro" = baş, "jo" = meyvə mənasını verir, yəni "baş şəklində meyvə" və ya "yumru, kürəvari meyvə" deməkdir. Bu növün Panamada, Venesuelada və Kosta-Rikada da rast gəlindiyi bildirilmişdir. Alibertia patinoi boz-qəhvəyi qabığa malikdir və bəzən əsas gövdədən əlavə iki və ya üç daha kiçik gövdəyə sahib olur. Bu ağacın yaxşı inkişaf etməsi üçün yüksək rütubət (85%-dən çox) və yüksək temperatur (ortalama ən az 25 °C) tələb olunur, lakin qısamüddətli şaxtalara və daşqınlara dözə bilir. Meyvəsi Meyvə böyük (təxminən 12 sm uzunluğunda), dairəvi formalı, qəhvəyi rəngdədir və orta çəkisi 740-1000 qramdır. Meyvənin 88%-i sellodan ibarətdir. Hər bir meyvədə 90-dan 640-a qədər toxum olur. Borojó yüksək miqdarda protein, askorbin turşusu, kalsium və dəmir, eləcə də çox yüksək fosfor səviyyəsinə malikdir. Borojó cem, şərab, desertlər və afrodizyak təsirə malik olduğu güman edilən ənənəvi dərmanların hazırlanmasında istifadə edilir. Bundan əlavə, yerli icmalar tərəfindən hipertoniya, bronxial xəstəliklər və qidalanma çatışmazlığına qarşı istifadə olunur. Borojó ekstraktı sağlam qida kimi internetdə geniş şəkildə satılır.


İstinadlar

Tarix : 29 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.