• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
agbas-it-cinsi

Ağbaş (it cinsi)

Ağbaş itləri - Anadoluya xas, Kanqal ilə eyni soydan gələn it növü. Ənənəvi olaraq sürü qoruma itləri olaraq yetişdirilir. Bu itlərə xüsusilə "Eskişehir", "Sivrihisar", "Emirdağ" arasında və nadir hallarda "Polatlı-Haymana" bölgələrində rast gəlinir. Artıq ABŞ-da bir çox fermada da yetişdirilməyə başlanmışdır. Xüsusiyyətləri Ağbaş itləri iri, atletik bədən quruluşuna sahibdir və duruşları və hərəkətləri olduqca gözəl və zərifdir. Ağbaş itləri, öz müstəqil və bəzən dominant xarakterləri ilə tanınır. Yetkinlik yaşına çatana qədər təlimlərinin davamlı olması vacibdir. Əsas təlimi 3-6 aylıq dövrdə alırlar. 6-9 aylıq dövr isə inkişaf etdirmə təlimləri üçün uyğundur. Kənd ərazisində isə 5 aylıq ağbaşlar sürülərə çobanlıq etməyə başlayırlar. Çəkisi 40-64 kq, boyu 71-86 sm olur. Tükləri düz və uzundur. Aktivlik dərəcəsi aşağı, öyrənmə qabiliyyəti, mühafizəkarlığı yüksəkdir. Sakit və səssiz olan bu itlər ildə 2 dəfə, orta hesabla 21 gün cütləşmə ehtiyacı hiss edirlər. 58-63 gün davam edən hamiləlikdən sonra 8-9 bala dünyaya gətirirlər. Yaşama müddəti 10-15 ildir. Ağbaş itləri, qoruduğu insanlara və heyvan sürülərinə qarşı çox həssas, qurd, ayı və çaqqal kimi yırtıcılara qarşı isə olduqca aqressivdir. Evə gələn qonaqlara qarşı şübhə ilə yanaşır. Ağbaş, Anadolu bölgəsinin ən qədim qoruma və çoban itlərindən biri kimi, sürünü dağıtmadan təkbaşına idarə edə biləcək qədər bacarıqlıdır. Gecə saatlarında, gündüzə nisbətən daha diqqətli və mühafizəkar olurlar. Mənşəyi Ağbaşların, Ural dağları və Balxaş gölü arasından, Altınorda və Elxanilər dövləti dövründə Orta Asiyalı Türk boyları və Monqol soyları tərəfindən Anadoluya gətirildiyi düşünülür. Oğuz türkləri, Asiyanın şimalından, cənubun isti və rütubətli iqliminə uyğunlaşmaq məqsədilə Ağbaş və Qarabaş cinslərini birləşdirərək, bu növü yerli iqlimə uyğun hala gətirmişlər. Ağbaşların "Eskişehir", "Kütahya" və ətraf bölgələrdə yaşadığı, ilk dəfə 3000 il əvvəl meydana gəldiyi və atalarının digər çoban itləri olduğu düşünülür. Ağbaş itlərinin ağ rəngli olması, sürüdəki digər heyvanlarla qarışıb yırtıcılara ilk hədəf olmamaları üçün xüsusi olaraq seçilmişdir. Orta əsrlərdə türklər, monqollar, taciklər və digər Orta Asiya xalqları bu itləri yetişdirmiş və onların yayılmasına səbəb olmuşlar.


İstinadlar

Tarix : 23 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.